LATVİYADA TƏHSİL TƏQAÜD PROQRAMININ NƏTİCƏLƏRİ AÇIQLANIB


LATVİYADA TƏHSİL TƏQAÜD PROQRAMININ NƏTİCƏLƏRİ AÇIQLANIB

 

Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında təhsil sahəsində uğurlu əməkdaşlığın nəticəsi olaraq 7 nəfər Azərbaycan vətəndaşı  2018-2019-cu tədris ili üzrə Latviyanın nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanıb.

Seçim barədə Latviya tərəfindən verilən yekun qərar nəticəsində saziş üzrə  7 nəfər Latviyanın “Riga Technical University” və “University of Latvia” ali təhsil müəssisələrində iqtisadiyyat və idarəetmə, mühəndislik, filologiya, aviasiya ixtisasları üzrə magistratura ( 6 nəfər )  və doktorantura ( 1 nəfər ) səviyyələri üzrə  təhsilini davam etdirmək hüququ qazanıb.

Məlumat üçün bildiririk ki, müvafiq təqaüd proqramı barədə cari ilin 1 fevral tarixində elan verilib.


Buqelemunu digər sosial şəbəkələrdə də izləyin:

Xəbərlər Şərhlər
Bu məqalə üçün şərh bildirilməyib.
Məqalələrə şərh bildirmək üçün Qeydiyyatdan keçin