Bu şirkət haqqında məlumat
KÖNÜLLÜ OL, AZƏRBAYCANI KƏŞF ET!


Heç bir ödəniş etmədən 1 ay müddətində Azərbaycanın 12 Gənclər Evindən  birində könüllü ol.  Bu yayı səmərəli və əyləncəli keçir!

Əziz gənclər,

Sizi 1-31 iyul tarixlərində baş tutacaq və ölkənin 12 regionunda yerləşən 12 Gənclər Evini əhatə edəcək “Azərbaycan Könüllülük Xidməti” çərçivəsində həyata keçirilən Mübadilə Proqramında iştirak etməyə dəvət edirik.

Mübadilə Proqramı Bakının Binəqədi, Sabunçu, Xəzər, eləcə də Sumqayıt, Şirvan, Quba, Gəncə, Lənkəran, Mingəçevir, Balakən, Saatlı, Tovuz şəhər və rayonlarında yerləşən 12 müxtəlif Gənclər evində 12 fəal gəncin iştirakı ilə 1 ay müddətində həyata keçiriləcəkdir. Proqram Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Gənclər Təşkilatları Milli Şurası tərəfindən həyata keçirilir. Proqramın tərəfdaşları adı çəkilən şəhər və rayonların İcra Hakimiyyətləri, Gənclər və İdman İdarələri və Gənclər Evləridir.

Mübadilə Proqramında iştirak edəcək gənc könüllülərin əldə edəcəkləri aşağıdakılardır:

•      1 ay müddətində digər regiona səyahət edib orada yerləşən Gənclər Evində fəaliyyət göstərmək;

•      Könüllülük sahəsində təcrübə qazanmaq;

•      Bacarıqlarını inkişaf etdirmək;

•      Yeni insanlarla tanış olmaq və yeni dostlar qazanmaq;

•      Səmərəli vaxt keçirmək;

•      Gələcəkdə uğurlu karyera qurmaq imkanı;

•      Fərqli mühitdə çalışmaq imkanı;

•      Layihənin sonunda ARGTMŞ tərəfindən veriləcək tövsiyə məktubu və şəhadətnamə.

Seçim prosesi zamanı  aşağıdakı meyarlara uyğun olan namizədlərə üstünlük veriləcək:

18-29 yaşında Azərbaycan vətəndaşları;

Təşəbbüskar, fəal və bacarıqlı gənclər;

Gənclər təşkilatlarında ən az 1 il könüllülük təcrübəsi olanlar;

Hazırda hər hansı gənclər təşkilatının fəaliyyətində aktiv iştirak edənlər;

Genişmiqyaslı tədbirlərdə könüllü qismində iştirak etmiş gənclər.

İştirakçılar tərəfindən namizədliyin verilməsi və seçim prosesi:

1. Elektron Ərizə Formasını şəxsən doldurmaq;

2. Seçim Komitəsi tərəfindən qiymətləndirmə və müsahibədə iştirak;

3. Şəxsiyyət vəsiqəsinin nüsxəsini təqdim etmək;

4.“Qarşılıqlı Anlaşma Memorandumu” ilə tanış olub, onu imzalamaq (təhlükəsizlik və mühafizə məqsədləri üçün);

5. Namizədliyin təsdiq edilməsi və təlimatlandırılmada iştirak.

Xərclər:

Mübadilə Proqramında iştirak edəcək gənclərin bütün yaşayış, yemək, nəqliyyat, kommunikasiya və cib xərcləri təşkilatçılar tərəfindən ödənilir. Hər bir iştirakçı xüsusi brendləşdirilmiş iştirakçı paketi və könüllünün fərdi qəza sığortası ilə təmin olunacaqdır.

Son müraciət tarixi : 05.06.2018

Qeydiyyat

Əlavə material: Ətraflı məlumat

Vaxt: 15.05.2018, 18:00  –  05.06.2018, 18:00

Əlaqələndirici şəxs: Samir Mehrəliyev

Vəzifə: Proqram koordinatoru

Mobil tel: 077 421 11 40

Tel: 012 440 16 31

Fax: 012 440 16 27

E-mail: samir.mehraliyev@nayora.az

Ünvan: Azərbaycan, AZ 1014, Bakı şəh., Süleyman Rüstəm küç. 15H

 

buqelemun.com | Sizin təhsil şəbəkəniz

QeydYazı kopyalanarkən www.buqelemun.com -a istinad olunmalıdır

Buhaqqında məlumat