Əlaqə vasitələri
E-poçt: 
intern@ereforms.org
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) təcrübə keçmək imkanı


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) təcrübə keçmək imkanı

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tələbə və magistrantlar üçün təcrübə keçmək imkanı yaradır. Təcrübə Proqramına qoşulmaq üçün aşağıda qeyd olunan ixtisaslar üzrə təhsil alan tələbə və magistrantlar, həmçinin ali  təhsilli gənclər İİTKM-ə müraciət edə bilərlər:

– İqtisadiyyat, maliyyə, riyaziyyat, jurnalistika, IT sahələri.

Təcrübə Proqramına cəlb ediləcək namizədlər üçün aşağıdakı tələblər mövcuddur:

–  Məntiqi və analitik düşünmə qabiliyyəti;

– Xarici dildə (əsasən ingilis dili) sərbəst oxuma və başa düşmə qabiliyyəti;

– Yaxşı səviyyədə kompüter bilikləri (ofis proqramları mütləqdir)

– Ünsiyyət və təqdimat bacarığı.

Təcrübəçi kimi 3 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə İİTKM tərəfindən xüsusi sertifikat və müsbət xasiyyətnamə veriləcəkdir.

Təcrübə proqramı həftədə beş dəfə olmaqla iş gününün yarısını əhatə edir (saat 9:00 – 12:30 və ya 14:30-18:00) və ödənişsizdir.

Proqrama qoşulmaq istəyənlərdən  intern@ereforms.org  ünvanına CV (3×4 formatlı şəkil, xarici dil biliklərini əsaslandıran sənədləri (əgər varsa) əlavə edilməklə) göndərmələri və ya  buradan qeydiyyatdan keçmələri xahiş olunur.

Nəzərinizə çatdırmaq istəyirik ki, yalnız ərizəsi qəbul olunan şəxslərlə əlaqə saxlanılacaq.

Əlaqə vasitələri


E-poçt:  intern@ereforms.org