İNSAN RESURSLARI ÜZRƏ MÜTƏXƏSSİS VAKANSİYASI


İNSAN RESURSLARI ÜZRƏ MÜTƏXƏSSİS VAKANSİYASI

Gilan Kənd Təsərrüfatı Qrupu İnsan Resursları üzrə mütəxəssis vakansiyasına təcrübəli işçi axtarır.

Vəzifələri:

• İnsan Resursları departamentində bütün gündəlik əməliyyatların icra edilməsini həyata keçirmək;
• İçilərin işə cəlb edilməsi, işə bağlılığı və həvəsləndirilməsi üçün mükafat qaydaları, prosesləri və prosedurların hazırlanmasıi;
• Şirkət strategiyasına və ehtiyaclarına uyğun olan İnsan Resursları sahəsində layihələrin və proseslərin hazırlanması və həyata keçirilməsi;
• Korporativ mədəniyyət layihələrinin həyata keçirilməsi,
• İşçilərin bilik və bacarıqlarının  yaxşılaşdırılması və onlara  əlverişli imkanların verilməsi üçün insan resurslarının inkişafının planlaşdırılması və istiqamətləndirilməsi, fəaliyyətin və karyeranın idarə edilməsi proses və proqramlarının hazırlanması.

Tələblər:

• İqtisadiyyat, biznes idarəçiliyi, menecment üzrə ali təhsil;
• Müvafiq sahədə ən az 3 il iş təcrübəsi;
• Azərbaycan, Rus və ya İngilis dillərində sərbəst şifahi və yazılı ünsiyyət qurma bacarıqları;
• Azərbaycan Respublikası Əmək Məcəlləsi və İnsan Resursları ilə bağlı digər qanunvericilik haqqında biliklər;
• Yüksək ünsiyyət, qarşılıqlı əlaqə və problemləri həll etmək bacarığı;
• Məxfilik tələb olunan məlumatlarla işləmə bacarığı;
• Təşəbbüskar və nəticəyönümlü olmalı;
• Böyük işçi heyəti ilə işləmə bacarığı.

Vakansiyaya müraciət etmək üçün xahiş olunur aşağıdakı keçiddən istifadə edin:

https://hr.gilanholding.com/v/4879?lang=en#