Bu şirkət haqqında məlumat
Əlaqə vasitələri
Telefon: 
927
E-poçt: 
hr@norm.az
Ünvan: 
M.Müşfiq küç.1C
İNSAN RESURSLARI ÜZRƏ KARGÜZAR VAKANSİYASI


İNSAN RESURSLARI ÜZRƏ KARGÜZAR VAKANSİYASI

Norm Sement zavodu

Norm Sement zavodu Bakının Qaradağ rayonunda fəaliyyət göstərir. İstehsal gücü gündə 5 min ton klinker, ildə isə 2 milyon ton sement təşkil edən müəssisə cənubi Qafqazın ən iri sement zavodudur.

Hazırda şirkətimizə İnsan Resursları üzrə Kargüzar tələb olunur.

Əsas vəzifə və öhdəliklər:

– Əmrlərin hazırlanması,qeydiyyatı (işə qəbul, məzuniyyət, ezamiyyət, əlavə iş saatları və digər əmrlər) və qovluqlarda saxlanması
– Yeni işçi məlumatlarının toplanılması, proqrama daxil edilməsi və şəxsi iş qovluqlarının idarə olunması
– Müvafiq proqramda aylıq tabelin hazırlanması
– Qeydə almaların əlaqələndirilməsi və işə gəlməmə, xəstəlik üzündən məzuniyyət və s. ilə bağlı məlumatların qeydiyyatı.
– Əmək kitabçalarının qeydiyyatı və yazılması
– İşçilər/iş saatları ilə bağlı müxtəlif tipli aylıq hesabatların hazırlanması və aylıq iş saatlarının izlənilməsi
– İşçilər haqqında məlumat bazasının, işçilərin şəxsi işlərinin, İR qovluqlarının mütəmadi yenilənməsi
– İllik tibbi müayinənin aparılmasının təşkil edilməsi
– Yeni/zədələnmiş/itirilmiş bank kartlarının sifarişi
– İşçilərin tibbi sığortalanmasının təşkili
– İntranet portalında müxtəlif tipli xəbərlərin araşdırılması və yayımlanması.Yeni işçi məlumatları, ezamiyyət, məzuniyyət,vəzifə dəyişikliklərini, təşkilati strukturla bağlı məlumatların İntranetə daxil edilməsi
– Müxtəlif tipli işçi sorğularının keçirilməsində dəstək
– Yaşayış yeri ilə təminat, səfərlərin təşkili, viza, yaşamaq və iş üçün icazələrlə bağlı məsələlərin koordinasiya edilməsinə dəstək
– İşdən çıxan işçinin zavod ərazisində təhvil-təsliminə nəzarət

Tələblər:

• İR və ona müvafiq sahədə ali təhsil
• Səlis Azərbaycan və ingilis dili bilikləri
• MS office proqramları

Tərcümeyi-hallarınızı müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə hr@norm.az ünvanına göndərməyiniz xahiş olunur.

Tərcümeyi-halların təqdim olunması üçün son tarix: 30/09/2018

Fayl adı uyğun olmayan və müraciət edilən vəzifənin adı qeyd olunmayan tərcümeyi-hallara baxılmayacaqdır.

Buhaqqında məlumat

Əlaqə vasitələri


Telefon:  927
E-poçt:  hr@norm.az
Ünvan:  M.Müşfiq küç.1C