İlk 3 həftə sinifdə edilməli 101 qayda


İlk 3 həftə sinifdə edilməli 101 qayda

Başlanğıc əsasdır. İstər birinci sinif üçün böyük bir giriş dərsi olsun, istərsə də ixtisaslaşmış biri üçün olsun semestrə yaxşı başlama üçün bir yoldur. Tələbələr dərsin ilk günü kursu, sinif yoldaşlarını, müəllimi sevdiklərinə qərar verirlər.

Aşağıdakı siyahı doğru başlamaq üçündür.  Öyrənməyin ən yaxşı yollarını axtaran müəllimlər üçün də bir kataloqdur. Sadəcə ilk gün deyil, kursun ilk üç həftəsi bacarıqlı tələbələri görmək üçün də bir yoldur. Hər avqust ayında illik dərs planı hazırlanır, lakin müəllimlər il ərzində şəxsi ideyalarını da əlavə edə bilərlər.

Bu məsləhətlər UNL professorlarından və başqa yerlərdən toplanmışdır. Bu məsləhətlərin məntiqi aşağıdakılardır:

  • Şagirdlərə yay fəalliyyətləri və orta məktəbdə öyrəndiklərində universitetdə kömək etmək,
  • Tələbələrin təcili diqqətini çəkmək üçün bir şey etməli məsələn – sinifdə saat,
  • İntellektual maraq oyatmaq- tələbələrə meydan oxumaq,
  • İntizam öyrənmə prosesində yeni başlayanları və neofilləri dəstəkləmək,
  • Tələbələri öyrənməyə aktiv hala gətirmək və sinifdə bir cəmiyyət psixologiyası oyatmaq.

Burada yeni tədris ilində universitetdə istifadə etmək üçün müəllimələrə tövsiyələr var:

Tələbələrə keçid zamanında kömək edin

  1. Dərin məzmunları ilk gündən vacibləndirin.
  2. Xidmət- zəngləşmə, giriş, oturma qrafiki.
  3. Köməkçiləri slayd, qısa bir təqdimat və ya birbaşa təqdim edin.
  4. Bilikləndirici, bədii və ya istifadəçi dostu tədris proqramlarını həyata keçirin.
  5. Bir sonraki görüşdə ilk gün vəzifələri verin.
  6. Laboratoriyada ilk gün tədqiqatlar və ya digər təcrübələri göstərin.
  7. Yaxşı laboratoriya təcrübəsi aparanlara diqqət yetirin: işlərin aparılmasında, avadanlıqların təmizlənməsində, təhlükəsizlikdə.
  8. Tələbələrin özləri haqqında öyrənmələri üçün bir sistem yaradın.
  9. Baza biliklərinə kömək olmaq üçün tələbələri Akademik Bacarıq Mərkəzinə yönləndirin.
  10. Tələbələr bu dərs üçün nə qədər vaxt sərf etmələri olduqlarını deyin.
  11. Əlavə tapşırıqlar bölüşdürün- kitabxana istifadəsi, əlavə oxular və məşğələlər.
  12. Verdiyiniz testlərin izahını verin.
  13. Davamsızlıq, gec çalışma, test prosesləri, qiymətləndirmə haqqında əsas qaydaları yazın.
  14. Çalışma saatlarını tez- tez bildirin.
  15. Tələbələrə böyük siniflərdə və özlərindən asılı olmayan vəziyyətlərdə öyrənməyi necə ələ alacaqlarını göstərin.
  16. Nümunə test sualları verin.
  17. Nümunə test cavabları verin.
  18. Qanuni əməkdaşlıq və akademik səhvlik arasındakı fərqləri izah edin.
  19. Hər gün fərqli bir şagird axtarın və onunla əlaqəli bir şeylər öyrənin.
  20. Tələbələrə həyatlarında hansı vacib şeylərin davam etdiyini yazdırın.
  21. Tələbələrin ixtisasları haqqında informasiyalar tapın, əgər işləyirlərsə, nə vəzifə tutduqlarını və neçə saat işlədiklərini öyrənin.

Tələbələrin diqqətini idarə edin

  1. Tələbələr sinfə girəndə salam verin.
  2. Dərsə vaxtında başlayın.
  3. Böyük bir sinifi idarə etmək və diqqətlərini çəkmək üçün yaxşı bir girişlə başlayın.
  4. Günün mövzusu ilə əlaqədar başlanğıc testi verin.
  5. Günün mövzusuna diqqət çəkmək üçün sual, şəkil və ya slayd edin.
  6. Tələbələrin sual və narahatlıqlarını yazmaları üçün lövhə ayırın.
  7. Tələbələrə vacib mövzuları ya da günün dərsi ilə bağlı suallar haqqında düşündüklərini yazmalarına şərait yaradın.
  8. Tələbə qəzeti oxuyanlardan bugün xəbərlərdə nələr olduqlarını soruşun.

Çətin tələbələr

  1. Tələbələrə kursdan gözləntilərini və öz öyrənmə metodlarını yazmaqlarına şərait yaradın.
  2. Hər sinif görüşündə fərqlilikdən istifadə edin.
  3. Saatın hər 20 dəqiqəsində bir fasilə verin, tələbələrlə lətifələr danışın, tələbələrə qələmlərini qoymağı tapşırın, əsas xəbərləri müzakirə edin.
  4. Sosiallaşın- oyunlar, konsertlər, dövlət qurumları və s.
  5. Bir film göstərin- müzakirələr edin, səhnələşdirin.
  6. Təlim fəlsəfəsini tələbələrinizlə bölüşün.
  7. Eyni konsepsiyanın fərqli formalarını göstərmək üçün tələbə paneli yaradın.
  8. Müzakirə zamanı sinifdə müxtəlif yerdəyişmələr edin.
  9. Tələbələr sinifin müxtəlif hissələrinə keçib məktəblərin ölçüsü, şəhərsalma və şəhər, istehlakçı demoqrafik tədqiqatları etsin.
  10. Mövcud tədqiqat maraqlarınızdan və intizamdan necə istifadə etdiyiniz barədə məlumat verin.
  11. Bir nöqtəyə diqqət çəkmək və məsələləri həll etməkdə rol oynayın.
  12. Tələbələrinizdən intizamlı bir professional olduqları rolu oynamalarını yaradın- filosof, ədəbi tənqidçi, bioloq, siyasətçi.
  13. Məqsədləri böyütmək üçün beyin fırtınaları yaradın.
  14. Tələbələrə qarşılaşdırmaları üçün 2 material verin.
  15. Həll etmədiyiniz məsələləri tələbələrinizə paylayın və bunun haqqında fikirləşmələrini tələb edin.
  16. Tələbələrdən yayda hansı kitabları oxuduqlarını soruşun.
  17. Tələbələrdən gələcəklərinə təsir göstərəcək məsələlərdə milli məclisdə nələr olduğunu soruşun.
  18. Tələbələrə mövzuyla əlaqəli həyəcanınızı və öyrətmə sevginizi göstərin.
  19. Kampusdakı xüsusi proqramlar haqqında tələbələri məlumatlandırın.
  20. Təcrübənizdə tələbələrə kəşf həyəcanını göstərən alim-qaraçı dərsi planlaşdırın.

Dəstək göstərin

  1. Tələbələrin telefon nömrələrini və ev ünvanlarını toplayın, onlarla əlaqə saxlamağınızın vacib olduğunu bildirin.
  2. Abunəçiləri yoxlayın. Şəxsi nota edin və ya yazın.
  3. Tələbələrin istəkləri haqqında test edin və qısa müddətdə bunlara cavab verin.
  4. Çalışma problemləri və ya köməkçiləri verin.
  5. Gərəksiz olun. Tələbələr ən az üç dəfə əsas materialları eşitmə, oxuma və ya görmə ilə qavramalıdır.
  6. Tələbələrin öyrənmədə irəliləyiş göstərməsini təmin edin- xüsusi viktorinalar təşkil edin.
  7. Tələblərin necə problemlərini həll etdikləri haqqında qiymətsiz planlar yaradın.
  8. İstədiyiniz növ mükafatı verin- tərif, ulduz, şərəf ordeni, şəxsi qeyd.
  9. Yüngül toxunuşlar edin- gülümsəmək, zarafat etmək.
  10. Təşkil edin. Gündüz menusunu ya kağıza ya lövhəyə qeyd edin.
  11. Birdən çox mediadan istifadə edin- slayd, film, video lent, səs yazısı, nümunə materiallar.
  12. Əsas nöqtələri göstərmək üçün birdən çox mediadan istifadə edin.
  13. Bütün tələbələrlə görüş təşkil edin.
  14. Lazım olan bütün qurum nömrələrini paylayın.
  15. Bütün vacib dərs tarixlərini bir yapışdırılan kağıza yazın.
  16. Tələblərdən dərsdən sonra mövzu haqqında fikirlər alın.
  17. Tələbələrin irəliləyişlərini yoxlamaq üçün laboratoriyada sınaqlar edin.
  18. Hər hansı bir tələbənin univeristet və ya kampusla bağlı problemi olub olmadığını öyrənin.
  19. Tələbələrə dərsinizdən A almaq üçün nələr etməli olduqlarını öyrədin.
  20. Tələbələrinizin gündəlik həyatlarında nələr düşündükləri, hiss etdikləri və nələr etdikləri barədə soruşun.

Aktiv öyrənməyə can atın

  1. Tələbələrə nələrsə yazdırın.
  2. Tələbələrə üç həftədən bir jurnallardan suallar verin.
  3. Tələbələri bir birlərinin məqalələri haqqında müzakirəyə dəvət edin.
  4. Tələbələri sual verməyə dəvət edin.
  5. Tələbələr suallara cavab və şərh versinlər.
  6. Tələbələri gün boyu materialları müzakirə etmək üçün cütlüklərə ayırın.
  7. Tələbələrə mövzu ilə bağlı şərhlərini verməyə şərait yaradın.
  8. Tələbələrin əsas problemlərini həll etmələri üçün mövzu ilə bağlı bənzətmələr edin.
  9. Tələblərə sarı, qırmızı, yaşıl kartlar verin və eyni zamanda kartları qaldıraraq bir seçkiyə şərh verdiklərini göstərin.
  10. Dəhlizdə gəzərək mikrofon vasitəsilə tələbərin problemlərinin həlli haqqında danışın.
  11. Bir tələbəyə sual verin və cavab gözləyin.
  12. Otağa təklif qutusu yerləşdirin.
  13. Nəzər yetirmək üçün sözlü, əl işi, seçməli testlər edin.
  14. Müəyyən hədəfləri həyata keçirmək üçün tapşırıq qrupları yaradın.
  15. Sinifdə sınaq imtahanları edin.
  16. Tələbələrə böyük bir testdən əvvəl məşq etməyə şərait yaradın.
  17. Növbəti görüşdə bir imtahan edin.
  18. Tələblərə bir sonrakı dərs zamanına aid kartlar yaratmalarına imkan yaradın.
  19. Bir neçə tələbənin birlikdə işləməsi üçün qrup dərsi verin.
  20. Çətin sözlərin mənalarını verin.
  21. Tələbələrə günün toplantısına aid bir ev işi verin.
  22. Tələbələrə mövzu ilə bağlı xəbərlər gətirməyi və onları bir lövhədə yerləşdirməyə şərait yaradın.

Birlik yaradın

  1. Adlarını öyrənin. Hər kəs ən az bir neçə ad öyrənər.
  2. Tələbələrə dərs və universitet haqqında əlavə yarada bilməkləri üçün bir sistem yaradın.
  3. İndeks kartı vasitəsilə suallar verin.
  4. Tələbələrin şəkillərini şəkib sinif, ofis və ya laboratoriyada yerləşdirin.
  5. Tələbələrə öyrənməkdə və böyüməkdə bir-birlərinə kömək olmağa şərait yaradın.
  6. Müzakirə üçün qruplar yaradın və bir neçə dəfədən sonra qrupları qarışdırın.
  7. Semestr başlanğıcında bir neçə layihə edin və komandanı birləşdirin.
  8. Tələbələrə sinif xaricində çalışmaqları üçün qrup yaratmağa kömək olun.
  9. Tələbələrə dərs mövzularında mənbələrdən istifadə etməyə kömək olun.

Tədrisdə əlaqə

  1. Tədris və öyrənməni təkminləşdirmək üçün semestrin ilk 3 həftəsi tələbələrlə əlaqə saxlayın.

 

buqelemun.com | Sizin təhsil şəbəkəniz

QeydYazı kopyalanarkən www.buqelemun.com -a istinad olunmalıdır


Buqelemunu digər sosial şəbəkələrdə də izləyin:

Onlayn Şərhlər
Bu məqalə üçün şərh bildirilməyib.
Məqalələrə şərh bildirmək üçün Qeydiyyatdan keçin