Gələcəkdə ən çox dəyər qazanacaq peşələr!


Gələcəyin peşələri hansılardır?

İnformasiya mütəxəssisi: İnformasiya qaynaqlarının inkişaf etməsi nəticəsində onları sinifləndirmək, idarə etmək və istifadə olunacaq hala gətirmək lazım olur. İnformasiya mütəxəssisləri təşkilatların rəqabət şəraitini, müştəri məmnuniyyətini, müştəri artımını sinifləndirir. Statistika, riyaziyyat və kompüter kimi fakültələri oxuyanlar informasiya mütəxəssisi kimi işləyə bilərlər.

Süni intellekt təlimçisi: Texnologiyanın inkişafı ilə birlikdə bu günlərdə ən çox haqqında danışılan məsələlərdən biri də süni intellektdir.İnsanın davranışlarının və düşünmə tərzinin maşınlara öyrədilməsi və maşınların sərbəst düşünmələrinin qarşıya məqsəd qoyublar. Bu məqsəd texnologiya sahəsində çalışacaq birçox insanı da bərabərində gətirir.Süni intellekt hazırda danışıldığından daha çox danışılacaq və bəlkə də süni intellekt təlimçisi gələcəyin ən önəmli peşələrindən biri olacaq.

Genetika məsləhətçisi: Sonsuzluq və genetik qüsurlar getdikcə artır. Genetika məsləhətçiləri ailələrin və fərdlərin genetik qüsurlarını araşdırır, diaqnoz qoyur və təkrarlanan qüsurları aradan qaldırır. Biologiya və genetika sahəsində oxuyanlar genetika məsləhətçisi ola bilərlər.

Kiber təhlükəsizlik mütəxəssisi: Virtual hücumların qarşısının alınması ehtiyacı getdikcə artır. Kiber təhlükəsizlik mütəxəssisləri meydana gələn virtual hücumlara qarşı fərdlərin, firmaların və qurumların məlumatlarının təhlükəsizliyini təmin edir. Riyaziyyat, kompüter, proqram bilənlər kiber təhlükəsizlik mütəxəssisi ola bilərlər.

Bioinformatik: Bioloji məlumatların sürətli və doğru bir şəkildə idarə edilməsi, istifadə olunacaq hala gəlməsi getdikcə önəm daşıyır. Bioinformatiklər kompüter və biologiya ilə bağlı məlumatları birləşdirərək bioinformatik vasitələrin ən təsirli şəkildə istifadə olunması üçün interfeyslər və yeni proqramlar inkişaf etdirir. Biologiya, fizika və kompüter sahəsində oxuyaraq bioinformatik olmaq olar.

Robot Texniki: Robotların çatdırılmadan şəxsi assistentliyə qədər həyatımıza daxil olduğu nöqteyi-nəzərdən baxdıqca gələcəkdə robotları xüsusi vəzifələrə proqramlayacaq texniklərin artacağını öncədən görmək çətin deyil. Robotlara öyrəşməyimiz lazım gələcək və robot texniki də gələcəkdə ən çox dəyər qazanacaq peşələrdən biri olacaqmış kimi görünür.

İT ve Riyaziyyat mütəxəssisləri: Texnologiyanın bu inkişafı qarşısında təəccüblü olmayacaq inkişafda İT və Riyaziyyat sahəsində çalışacaq profesionalların gələcəkdə də olduqca rəvacda olacağıdır.

Ən son Maraqlı məlumatlar
Telebelerə faydalı
Xaricdə Çörək
SMM NƏDİR ?