Bu şirkət haqqında məlumat
Düzgün peşə seçimi və dayanıqlı biznes karyerası təlimi


Düzgün peşə seçimi və dayanıqlı biznes karyerası təlimi

“Savadlı Cəmiyyət” Müasir Təhsilə Dəstək İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən dəstəklənən “Düzgün peşə seçimi və biznesin inkişafı sahəsində effektiv yerli və xarici təcrübələrin təbliği, dayanıqlı biznes karyerasının stimullaşdırılması mövzusunda tədbirlərin təşkili” layihəsi çərçivəsində gənclər arasında aşağıdakı mövzular üzrə silsilə təlimlərin təşkilinə start verir:
• “Komanda işi”
• “CV-nin yazılması və işədüzəlmədə vacib bacarıqlar”
• “Rəhbərliklə peşəkar münasibətlərin qurulması”
• “Biznes planlarının hazırlanması”
• “Biznesin inkişafı və davamlı fəaliyyət üçün effektiv təcrübə”.

Təlimdə fəal iştirak edən gənclərə sertifikatlar təqdim ediləcək.
TƏLİMİN TƏŞKİLİ YERİ: Bakı şəhəri, Casipan Business Center, Cəfər Cabbarlı küçəsi, 40.
TƏLİMİN TƏŞKİLİ TARİXİ: 04 İYUN 2018-ci il.
TƏLİMDƏ İŞTİRAK ÖDƏNİŞSİZDİR.
Təlimdə iştirak etmək istəyənlər öz əlaqə məlumatlarını (ad, soyad, telefon nömrələri, təmsil olunduğu yer/oxuduğu təhsil müəssisəsi) educated.society@mail.ru elektron ünvanına 02 iyun 2018-ci il tarixinə kimi təqdim etmələri xahiş olunur.
Seçilən namizədlərlə əlaqə saxlanılıb təlimə dəvət ediləcəklər.

Təlimdə iştirak üçün texniki suallaral bağlı aşağıdakı əlaqə telefonuna müraciət edə bilərsiniz:
(070) 757 42 70 (Whats App)

 

 

buqelemun.com | Sizin təhsil şəbəkəniz

QeydYazı kopyalanarkən www.buqelemun.com -a istinad olunmalıdır

 

Buhaqqında məlumat