Dövlət və özəl sektordakı hüquq sahəsində iş imkanları


Dövlət və özəl sektordakı hüquq sahəsində iş imkanları

“İnsanların ən yaxşısı ən böyük qanundur.”– deyə qədim romalı natiq, siyasi xadim, hüquqşünas və siyasi nəzəriyyəçi Markus Tullius Sisero söyləmişdir. Bildiyimiz kimi pis əməllər bu və ya digər şəkildə mövcuddur. Xeyrin şər üzərində qələbəsinə və hər şeyin qaydasında olmağına əmin olmaq üçün bizə müvafiq hüquq sistemi lazımdır. Buna görə də bizim hüquqları seçməkdə, ədaləti təmin etməkdə daha çox insana ehtiyacımız var. Bəs hüquq sahəsindəki işlə bağlı fikirləriniz nədir? Hüquq təhsilinin diplomunu aldıqdan sonra mövcud iş seçimləri barədə düşünmüsünüz mü? Əgər “hüquqşünas olmaq” təzyiqi altında olmağınız yeganə seçimdirsə, siz tamamilə yanılırsınız. Aşağıda ehtiyacınız olacaq bütün məlumatlar təfərrüfatı ilə verilmişdir. Gəlin, özəl və dövlət sektorundakı hüquq sahəsini araşdıraq.

 

Özəl Sektorda Hüquq

Hüquq diplomunu aldıqdan sonra bir tələbə üçün “n” sayda imkanlar mövcuddur. Özəl sektorda çalışmaq istəyən tələbələr üçün hüquq sahəsində işlər vardır.

Böyük Hüquq Müəssisələrində Korporativ Hüquqşünas kimi İşləmək

Böyük hüquq müəssisələrində işləyərkən siz işçi hüquqları, ümumi korporativ hüquq, məhkəmə davaları yaxud vergi və əmlak qanunları barədə təcrübə qazanmaq imkanına malik olursunuz. İri müəssisələr çox vaxt böyük müştərilər ilə işləyirlər və vacib hüquq məsələlərinin həllində məsuldurlar.

Siz “Oracle”, “HFDC Bank”, “Google” kimi şirkətlərin hüquq şöbəsinin bir hissəsi ola bilərsiniz.

Əmək haqqı olduqca yaxşıdır, çox yüksəkdir, çünki belə şirkətlər demək olar ki, peşəkar və təcrübəli namizədləri işə götürürlər. Aylıq əmək haqqı isə 20,000 İNR-dən 500,000 İNR-ə kimi dəyişir. ( İNR- Hindistan pul vahidi -rupi)

İnkişaf etməkdə olan Müəssisələrdə İşləmək

İnkişaf etməkdə olan müəssisələrdə işləmək əla imkandır, çünki siz burada biliyinizi təkmilləşdirmək üçün böyük təcrübə qazana bilərsiniz. Siz olduqca peşəkar hüquqşünassınızsa, bu halda davanın çox hissəsinə sahib ola bilərsiniz. Müştərilər fərdlər yaxud kiçik müəssisələr olduğundan siz davanı tədricən nəzərdən keçirə bilərsiniz.

Başlanğıc olaraq əmək haqqı 15,000 – 20,000 İNR arası dəyişir, peşəkar hüquqşünaslar üçün əmək haqqı isə 1,5 – 2 milyon İNR arasıdır.

Fərdi Fəaliyyət

Hüquqşünas kimi fərdi fəaliyyət göstərmək hüquq məzunları üçün hər zaman bir seçim olmuşdur, bu, başlanğıc üçün olduqca çətindir. Siz bütün təhlükələri gözə alaraq öz şəxsi müəssisənizi yaratmalısınız. Lakin siz peşəkar bir hüquqşünassınızsa, sizin qazana biləcəyiniz məvacibin həcmində heç bir məhdudiyyət yoxdur. Sizin qazanacağınız məbləğ hər məhkəmə dinləməsi başına 25,000 İNR-ə qədər arta bilər.

Siz Ali Məhkəmənin ən yüksək əmək haqqı alan hüquqşünası haqqıda eşitmisiniz mi? O, Hindistanın Ədliyyə Şurasının sədri olub. O, hüququn siyasətdə nə dərəcədə fəal rol oynadığını göstərən Şri Atal Bihari Vaypayeenin baş nazir olduğu dönəmdə vergi naziri olmuşdur. O, ötən günlərdə Şarda Universitetinin Hüquq fakültəsinin tələbələri qarşısında çıxış etmişdır.

 

 

 

Dövlət Sektorunda İş

Hindistanda dövlət sektoru ən etibarlı iş yerlərindən sayılır. Hüquq sahəsinin bir parçası olmaqdan daha yaxşı nə ola bilər ki! Dövlət sektorunda hüquq sahəsindəki işlərdən bir neçəsi burada verilmişdir.

Hüquqi və Mülki Xidmətlər

Bütün məhkəmə orqanları hər il öz dövlətlərinin nüfuzu üçün dövlət hüquq orqanlarında yoxlama keçirirlər və bu, hüquq məzunları üçün yaxşı bir imkandır. Əgər siz hüquq xidmətlərinə qoşulmusunuzsa, sizin iş öhdəliklərinizə ali məhkəmənin hakimi olmaq da daxildir. Bu, olduqca nüfuzlu bir işdir və İAS imtahanına bərabər bir sınaqdır.

Digər dövlət işlərində olduğu kimi burada da əlavə imtiyazlardan başqa yaxşı əmək haqqı da təqdim edilir.

Yeni işə götürülmüş dövlət qulluqçuları üçün aylıq əmək haqqı 60,000 İNR əhatə edir və bu, tədricən artır. Aylıq maaşdan əlavə bir sıra digər imtiyazlar da mövcuddur.

Dövlət Prokuroru

Dövlət prokurorunun əsas iş öhdəliklərinə məhkəmədən əvvəl cinayətin təhqiqatı və mülki məsələlərin idarəsi daxildir. Bundan başqa, onlar cəzanın icra olunmasına nəzarətdən, şəxslərin və dövlətin hüquqi maraqlarının müdafiəsindən və lazım olduğu hallarda məhkəməyə təqdim edilən iddia və müraciətlərin təsdiqlənməsindən də məsuldurlar. Əsasən, prokurorların ədalət tərəfdarları olduğu deyilir.

İstintaq polis zabitinin haqqı olduğu halda, dövlət prokuroru bu işdə mühüm rola  malikdir.

Dövlət prokurorunun əmək haqqısı vəzifəyə əsasən dəyişir, onlar Hinditan hökumətinin təyin etdiyi əmək haqlarını alırlar.

İnternet – Kiber Hüquq

Kiber hüquqa internet, elektronika, əlaqə və texnologiya ilə bağlı olan hüquq məsələləri daxildir. Kibercinayətlərin sayının günbəgün artdığı bir zamanda kiber hüququn korporativ hüquqşünası olmaq hüquq sahəsində yaxşı əmək haqqı verilən işlərdən biridir.

Kiber hüquq sahəsində çalışan insanların əhatə dairəsi olduqca genişdir. Həmin şəxs İT şirkətlərinin, polis departamentlərinin, korporativ müəssisələrin, universitetlərin və müxtəlif dövlət və özəl təşkilatların bir hissəsi ola bilər.

Bildiyimiz kimi hüquq sahəsində çoxlu sayda iş mövcuddur. Bu işlər olduqca nüfuzlu və məsuliyyətli işlər hesab edilir. Bundan əlavə, “hüquqşünas olmaq istəməyən hüquqşünaslar üçün işlər”in mövcud olmağı da ümid işığıdır. Qəribə səslənir, elə deyilmi?

 

buqelemun.com | Sizin təhsil şəbəkəniz

QeydYazı kopyalanarkən www.buqelemun.com -a istinad olunmalıdır