Əlaqə vasitələri
E-poçt: 
sergi@artscouncil.az
Dekorativ-Tətbiqi Sənət Festivalı


Dekorativ-Tətbiqi Sənət Festivalı / Oktyabr 2018

 

Oktyabr ayında “Art Tower” qalereyasında, ənənəvi Dekorativ-Tətbiqi Sənət Festivalı 2018 keçiriləcək. Festival Gənclər Şəbəkəsi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Mədəniyyət Nazirliyi və Arts Concil Azerbaijan qeyri-hökumət təşkilatının təşkilatçılığı ilə təşkil olunub.

Festivalda batika, qobelen, keramika, şəbəkə, xalça növlərinə aid əsərlər numüyiş olunacaq. Festivalın məqsədi dekorativ-tədbiqi sənət növlərini təbliğ etmək, gənc nəsil arasında maraq yaradaraq və bu milli sənət növlərinin inkişafına kömək etməkdir. Yeni potensiala malik olan yaradıcı insanları kəşf etəkdir və gəncləri cəlb etməkdir. Adət ənənələri qorumaq, gənclərin əl işlərini numayiş etmək üçün böyük imkan yaradır. Festival ölkənin dekorativ-tədbiqi sənət aləmində ənənəvi bayram xarakteri daşıyır.

Arts Council Azerbaycan təşkilatının bu festivalı keçirməkdə əsas məqsədi gənc nəslin incəsənətə olan marağlarını dahada artırmaqdır, Azərbaycan sənətkarlarını tanıyıb və tanıtdırmaqdır.

Festivalda iştirak etmək istəyənlərin nəzərinə:

Festivalda iştirak etmək üçün əsərinizin fotosunu aşağıda göstərilən ünvana göndərməyiniz xahiş olunur sergi@artscouncil.az
Hər iştirakçı 5 əsərinin fotosunu göndərə bilər. Foto(lar) kiçik ölçüdə olmalıdır. Göndərdiyiniz məktubda öz adınızı, soyadınızı və mobil telefon nömrənizi qeyd edin.
Əsərlər 30 sentyabr 2018-ci il tarixinə gədər qəbul olunur.

Əlaqə vasitələri


E-poçt:  sergi@artscouncil.az