Dejavu nədir?


Dejavu fransızcadan “artıq görmüşəm” kimi tərcümə olunur və 97% insanın həyatı boyunca bir dəfə belə olsa, baş verir. Bəs dejavu əslində nədir və necə yaranır? 

Dejavu – elə bir psixoloji vəziyyətdir ki, insan hazırda hiss etdiyi anı, yaşadığı hissləri daha öncədən də yaşadığını hiss edir. Yadınıza salın, yəqin ki, bu hal sizlə də baş verib: evdə və yaxud hər hansı bir yerdə olarkən artıq əvvəllər də burada olduğunuzu hiss etmişiniz.

Artıq 2009-cu ildən alimlər ciddi şəkildə bunu araşdırmağa səy göstərirlər. O zaman Massaçusets Texnologiya Universitetinin mütəxəssisləri beyinin bu sirli hissi formalaşdıran hissəsini müəyyən etdiklərini bildirmişdilər. Dejavu hissində əsas rolu hipokampusdakı neyronlar oynayır və bu neyronlar oxşar vəziyyətlər yarandıqda dərhal ən xırda fərqləri belə tanıya bilir.

Məhz beyinin bu hissəsinin fəaliyyəti sayəsində insan hansı hisslərin əvvəl də yaşandığını, hansı hisslərin isə tamamilə yeni olduğunu müəyyənləşdirə bilir. Hipokampus demək olar ki, insanın təcrübəsini indiki və keçmiş zamana ayırır. Lakin keçmiş və indiki hiss üst-üstə düşdükdə belə desək hipokampus “donur”. Bunun nəticəsində də insanda qəribə xatirələr yaranır. 2009-cu ildəki bu araşdırmalardan sonra yalnız bir aydınlaşdırılmamış sual qaldı.

Bu psixoloji cəhətdən sağlam insanlarda baş verir, yoxsa əksinə? Bu suala isə Masarika (Çexiya) və Eksetera (Böyük Britaniya) universitetlərinin alimləri cavab verməyə çalışmışlar. Onlar müəyyən etmişlər ki, dejavu hissinin əsasında neyrofizioloji anomaliya durur. Bu hələ insanın kiçik yaşlarından beyinin formalaşmasında qüsur yarandıqda əmələ gəlir.

Alimlərin gəldiyi son nəticə məyusluq yaradır: dejavü – nevroloji anomaliyadır.

Ən son Maraqlı məlumatlar
Xaricdə Çörək
SMM NƏDİR ?