Bu şirkət haqqında məlumat
Davranışın idarə edilməsi anketləri


Siz cədvəllərdən və anketlərdən  istifadə etməklə şagirdlərinizin davranışlarına nəzarət edə bilərsiniz.

 

Şagirdlərin performans anketlərinə əsasən, qrup mühitində olarkən onların qrupla işləmək bacarıqlarını qiymətləndirə bilərsiniz. Siz həmçinin şagird və müəllim arasında olan razılaşmaya əsasən, sinfinizin intizam məsələlərini sənədləşdirmək üçün müxtəlif davranış idarəetmə anketləri tapacaqsınız. Şagirdləri daha yaxşı davranış seçimləri etməyə cəsarətləndirin. Kiçik qeydlər, mükafatlar və sertifikatlar yaxşı davranış üçün ən yaxşı təltif etmə üsullarıdır.

Davranış cədvəlinin tərtib edilməsi

  • Həftəlik cədvəl

Bu cədvəl hər 4 həftədən bir yekunlaşır və davranışın idarə edilməsini izləmək üçün imkan yaradır.

  • Günlük cədvəl

Bu cədvəldən istifadə etmək sizə hər hansı bir davranış idarəetmə təlimini izləmək üçün kömək edəcək.

Sinif intizamının sənədləşdirilməsi

  • Hadisə reportu

Sinifdə qəza baş verdiyi zaman təcili sənədləşdirmə üçün bu reportdan istifadə edə bilərsiniz.

  • Problem həlletmə vərəqəsi

Şagirdlər sinif otağında davranış problemiylə yəni, hər hansı bir xoşəgəlməz hadisəylə qarşılaşdıqları zaman bu vərəqəni doldururlar.

  • Qərar vermə vərəqəsi

Şagirdlərin sinifdə davranış qaydalarına istinadən daha yaxşı qərarlar verə bilmələri üçün test kağızları tərtib edin.

Davranış sözləşmələri

  • Davranış sözləşməsi kağızı

Müəllimlə davranış sözləşməsi imzaladıqdan sonra, şagirdlər sözləşməyə sadiq qalaraq ona əməl edirlər.

  • Davranış sözləşməsi nümunəsi, 2-ci versiya

Şagirdlərinizlə davranış sözləşməsi imzalayaraq onlarda arzuedilən davranışlar yaratmış olacaqsınız. Həmçinin problemlərin həllində istədiyiniz nəticələri də əldə edəcəksiniz.

Yaxşı davranışların mükafatlandırılması

  • Qaydalar, nəticələr və mükafatlar siyahısı

Qaydalar, nəticələr və mükafatlar siyahısı davranışların idarə edilməsinə kömək edir.

  • Mükafatlar və sertifikatlar

Şagirdlər tərəfindən göstərilən böyük cəhdləri, nailiyyətləri və tərəqqini müxtəlif hədiyyələr və sertifikatlarla mükafatlandırın. Yuxarıda yazılan imkanlardan istifadə etməklə şagirdlərinizə təşəkkürünüzü bildirin, yaxşı davranışlar sərgiləməyə həvəsləndirin və onlar tərəfindən görülmüş müvəffəqiyyətli işləri mükafatlandırın.

  • Sinif üçün mükafatlar, sertifikatlar və kiçik qeydlər

Misilsiz işlər və davranışlar üçün sinifinizi mükafatlandırın.

Valideyn-müəllim anketləri

  • Konfrans sənədləşdirmə anketi

Valideyn iclası ərzində vəya iclasdan dərhal sonra bu anketi doldurmağınız vacibdir. Bütün qruplar da bu anketi imzalamağa cəlb olunmalıdır.

Qrup işi

  • Özünü dəyərləndirmə

Sinif fəaliyyətləri ərzində, qrup üzvlərinə özlərini dəyərləndirmələri üçün imkan yaradın. Bu üsul şagirdləri öz inkişaflarını anlamağa və dəyərləndirməyə həvəsləndirir. Bu, nəhəng  kooperativ öyrənmə vasitəsidir.

  • Komanda dəyərləndirmə anketi

Qrup fəaliyyətləri daxilində şagirdlərin iştirakını və aktivliyini qiymətləndirin. Bu yolla şagirdlər qrupdakı bir nəfərin bütün üzvlərə necə təsir edə biləcəyini öyrənəcəklər.

  • Qrupun biliyinin dəyərləndirilməsi

Layihədən sonra qrupun fəallığını və uğurunu qeydə almaq üçün şagirdlər qrup dəyərləndirməsi anketini doldurmalıdırlar.

  • Biz 1-ci qrupda necə çalışırıq

Şagirdlər xüsusi tərtib olunmuş vərəqələrdə qrup layihəsini dəyərləndirməli və bu barədə yazmalıdır.

 

 

buqelemun.com | Sizin təhsil şəbəkəniz

QeydYazı kopyalanarkən www.buqelemun.com -a istinad olunmalıdır


Buqelemunu digər sosial şəbəkələrdə də izləyin:

Onlayn Şərhlər
Bu məqalə üçün şərh bildirilməyib.
Məqalələrə şərh bildirmək üçün Qeydiyyatdan keçin
Buhaqqında məlumat