Bu şirkət haqqında məlumat
Əlaqə vasitələri
Telefon: 
+99412 568 11 00
E-poçt: 
hr@collezioneitalia.az
Ünvan: 
Albert Aqarunov 1
Collezione İtalia VAKANSİYA


Collezione İtalia VAKANSİYA

İş barədə məlumat:

  • Satışın təşkil olunması, satış siyasətinin inkişaf etdirilməsi və satışa nəzarətin həyata keçirilməsi;
  • Bazar araşdırılmasının aparılması, satışın proqnozlaşdırılması və rəhbərliyə aylıq, rüblük və illik hesabatların təqdim olunması, satışın həcminin artırılması məqsədi ilə gündəlik satış və xərclər barədə məlumatların təhlil olunması, digər zəruri maliyyə təhlillərin aparılması;
  • Mövcud müştəri bazasının genişləndirilməsi istiqamətində strateji planın hazırlanması, korporativ müştərilərlərlə əlaqələrin genişləndirilməsi üçün danışıqların aparılması;
  • Satış planının analiz olunması, perspektiv və cari satış planlarının hazırlanması;
  • Satış departamentinə yeni işçilərin seçilməsində iştirak olunması, yeni işçilər üçün adaptasiya və oriyentasiya planının hazırlanması və onun icrasına nəzarət edilməsi;
  • Satış planına uyğun olaraq işçilər arasında iş bölgüsünün aparılması, iş qrafiklərinin və ya işçilərin iş rejiminin planlaşdırılması;
  • Satış nümayəndələrinin təlim və inkişaf planının hazırlanması, təlimlərin keçirilməsinin təşkili, satış nümayəndələrinə müvafiq təlimlərin verilməsi;
  • Satış nümayəndələrinin peşəkar imkanlarının qarşıya qoyulan məqsəd və tapşırıqlara uyğunluq səviyyəsinin müəyyən olunması, performans (KPİ-lara əsasən – məhsullar, məhsulların xarakteristikası, satış texnikası, müştərilərə xidmət səviyyəsi, ünsiyyət bacarıqları, əmək intizamı, vəzifə öhdəlikləri, korporativ normalara riayət olunma,  və s.) dəyərləndirilməsinin aparılması;
  • Malı müşayiət edən sənədin (sertifikat, passport və s.) mövcudluğunun yoxlanılması, etibarlılıq müddətinin nəzarətdə saxlanması, çatışmazlıqlar aşkar olunduqda aidiyyati şəxslərə məlumatın verilməsi;
  • İllik satış planının , təşviqat (PR) proqramının, reklam və marketinq materiallarının hazırlanmasında, reklam və satış kampaniyaları üçün müxtəlif təkliflərin verilməsində iştirak edilməsi və həyata keçirilməsinə nəzarət edilməsi;
  • Bençmarkinq, rəqib şirkətlərin fəaliyyəti haqqında məlumatların toplanmasının təşkili;
  • Şirkətin sərgilərdə və konferensiyalarda təmsil olunması, məhsulların tanıdılması üçün planın hazırlanması;

Tələblər:

  • Ali təhsil (Maliyyə, iqtisadiyyat, marketinq, biznesin təşkili və idarəedilməsi üzrə təhsili olanlara üstünlük veriləcəkdir);
  • Mebel satışı sahəsində “Satış rəhbəri”  vəzifəsində 3 ildən az olmayaraq iş stajına malik olmalı
  • Azərbaycan, ingilis və rus dillərində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət qurma bacarığı
  • Kompyuterdə sərbəst işləmə bacarığı (Ms. Word, Excel, Power Point, Outlook)
  • Yüksək analitik düşüncə, idarəetmə qabiliyyəti və konfliktlərin həll olunması bacarığına malik olmalı.
  •  “Lüks” sinfinə mənsub brendlərlə iş təcübəsi olanlara üstünlük veriləcək.

Əlavə məlumat:

  • İş vaxtı saat 10:00-19:00 (altıgünlük)
  • Əmək haqqı -1500 manat
  • Satışdan bonus 1000-2500 manatadək

Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “Satış şöbəsinin rəhbəri” qeyd etməklə hr@collezioneitalia.az elektron ünvanına göndərmələri xahiş olunur. Əks təqdirdə CV-lər nəzərdən qaça bilər!

Buhaqqında məlumat

Əlaqə vasitələri


Telefon:  +99412 568 11 00
E-poçt:  hr@collezioneitalia.az
Ünvan:  Albert Aqarunov 1