Çin kosmosa süni Ay vəzifəsini görəcək peyk göndərir


Çin kosmosa süni Ay vəzifəsini görəcək peyk göndərir

Çin süni Ay vəzifəsini görəcək və Günəş işığını Yerə əks etdirəcək  bir peyki kosmosa göndərəcək. FaktXeber.com-un məlumatına görə, bu barədə Sinxua xəbər verib.

Çin hökuməti bu layihəsinin 6400 km ərazini işıqlandıracağını bildirib.

Siçuanın Çıngdu şəhərinə hazırlanacaq və nəhəng güzgülərdən ibarət peykin inşası 2020-ci ildə tamamlanacaq.

Süni Ay adlandırılan peykdən 3 ədəd istehsal edilərək, 2022-ci ildə kosmosa göndərilməsi planlaşdırılır.

Çıngdu şəhərinin Elmi Tədqiqat İnstitutunun rəhbəri Vu Çunfing Yerdən 500 km məsafədə yerləşdiriləcək süni peykin Aydan 8 dəfə parlaq olacağını və ərazini 24 saat işıqlandıracağını bildirib

Ən son Maraqlı məlumatlar
Xaricdə Çörək
SMM NƏDİR ?