Bu, aktiv tələbələr üçün çox faydalı ola bilər


İş Planları Hazırlamaq

İş planı: Hər hansı bir layihə və ya işdə qarşıya qoyulan məqsədlərə çatmaq üçün görüləcək işləri ətraflı şəkildə planlayan siyahıdır.

İş Planının Faydaları

  • Bütün üzvlər təlimat planındakı gözləntiləri paylaşar və qarşıdakı hədəflərə çatmaq üçün görüləcək işlərə qoşularlar,
  • Həm iş qrupundakı bütün üzvlər, həm də qrupdan kənardakılar layihənin istənilən şəkildə həyata keçməsi üçün üzərlərinə düşən məsuliyyətin vacibliyini dərk edərlər,
  • Görüləcək işlərdə bəzi məqamların diqqətdən kənarda qalması, bəzilərinin də əbəs yerə təkrarlanması riski azalır,
  • Görüləcək işlərin ətralı şəkildə təyin olunması və bu işlərin kimlər tərəfindən icra olunacağının müəyyənləşdirilməsi fikirlərin həyata keçə biləcəyi ehtimalını artırır.

İş Planı Necə Hazırlanır?

  • İş Planı Formu üzərində hazırlanacaq layihə çalışmaları müəyyənləşdirilir,
  • Görüləcək işlərin uğur qazanmağı üçün tamamlanmağı lazım olan iş mərhələləri siyahıya alınır,
  • Hər mərhələ üçün işlərin başlanma tarixi, hədəflənən qurtarma tarixi, istifadə ediləcək qaynaqlar və məsul şəxs/şəxslər qeydə alınır.
  • Planlaşdırılan işlərdən gözlənilən faydalar müəyyən olunur,
  • Hər mərhələdə iş bitdikdə görülən işin tamamlanma tarixi qeyd edilir,
  • Əgər əlavə mərhələlər müəyyənləşdirilərsə bunlar da plana əlavə edilir.

İş Planı Nə Vaxt İstifadə Edilir?

  • Yeni fikir və təlimatların icra olunması üçün iş qrafikinin müəyyənləşdirilməsində,
  • Planlı bir şəkildə gələn işlərin təsilatını müəyyən etməkdə
  • Akademik dəstək üçün planların əsaslarının təyin olunmasında.

İş Planı Hazırlanarkən Diqqət Ediləcək Məsələlər

İş Qrupları tərəfindən tətbiq ediləcək işlərin məqsədəuyğun olaraq planlaşdırılması üçün bu mərhələdə çeşitli faktorlara diqqət yetirmək gərəkdir. Bilmək vacibdir ki, ən mükəmməl planı belə həyata keçirmək mümkün deyilsə, o plan heç bir dəyər daşımaz. Bu halda; İş Planı hazırlayarkən bunların həyata keçirilə bilməyini diqqətə almaq lazımdır.

Bunun üçün:

Hər İş Planının qarşıya qoyulan məqsədə ən qısa yoldan, ən az zaman, işgücü və maliyyə cəhətdən də sərfəli olacaq şəkildə hazırlanması ilə planın həyata keçə bilmə ehtimalı artacaqdır. Hazırlanan planda hədəflənən məqsədin açıq və dəqiq olmağı, hər kəs tərəindən paylaşılan bir xüsusiyyət daşımağı, icra olunacaq strategiyaların əvvəlcədən müəyyənləşdirilməsi, istifadə ediləcək qaynaqların hazırlanması və icradan əvvəl məsul şəxslərin təyini planının uğurlu olma ehtimalını çoxaldır.

Hər bir iş sahəsi üçün ayrı-ayrı iş planı hazırlanacaqdır. Buna görə də iş planlarının sayı bir iş qrupundan digərinə dəyişə bilər. Bundan başqa, qrupun planlaşdırdığı işlərin icrasında hər nə qədər məsul şəxs və ya şəxslər əvvəlcədən təyin edilsə də, bütün işlər işbirliyi şəkildə aparılacağı üçün hər kəs məsuliyyət daşıyır. Məktəb İnkişaı İdarə Heyəti (MİİH) bütün işçi qruplarına dəstək xidməti verəcəkdir və məktəb idarəsi ilə işçi qrupları arasında lazımı koordinasıyanı təmin edəcəkdir.

  • Effektiv iş planlarının hazırlanmasında nəzərdə tutulmuş başqa bir məsələ planlaşdırma mərhələsində məktəbin fiziki imkanları və insan resursları ehtiyatlarının nəzərə alınmasıdır. Hər bir iş planında istifadə ediləcək maddi resursların, vaxtın və hətta zəruri avadanlıqların müəyyənləşdirilməsidir. Görülməsi planlaşdırılan işlərin kimin məsuliyyətində aparılacağının əvvəlcədən müəyyənləşdirilməsi təcrübədəki qarışıqlıqları da aradan qaldırar və iş planlaşdırılan vaxtda başa çatar. Belə detayların nəzərə alınması ilə planın icrasındakı uğur artacaqdır.
  • İş planları hazırlanarkən diqqət ediləcək başlıca məsələ hədəflərin müəyyənləşdirilməsidir. Ən ideal hədəflərə belə çata bilmədikdə, onlar öz əhəmiyyətini itirir. Bu halda; az da olsa həyata keçə biləcək ehtimala malik olan hədəflər təyin edilməlidir və bu hədəflərə çatmağın yollar barədə düşünmək vacibdir. Hədəflərin müəyyənləşdirilməsində hər zaman məktəbin qaynaqları və şagirdlərin artan ehtiyacları nəzərə alınmalıdır.
  • Məktəb İnkişaf Müddətinin 8-ci və 10-cu mərhələləri tətbiq edilən planların qiymətləndirilməsi mərhələləridir. Bu mərhələlərdə planlaşdırılan və tətbiq edilən işlərin hansı səviyyədə hədəflənən məqsədlərə nail olduğu qiymətləndiriləcəkdir. İş planları hazırlanarkən bu mərhələlərin də diqqətə alınaraq qiymətləndirmə göstəricilərinin əvvəlcədən hazırlanması faydalı olacaqdır. Hansı göstəricilərə, əsasən, qarşıya qoyulmuş məqsədə nail olub-olmamağın planlaşdırılarkən nəzərə alınması planın keçərliliyini artırır.

İş Planı Hazırlayarkən Qarşıya Çıxan Çətinliklər və Onların Həlli Üçün Təklif Olunan Strategiyalar

Planlaşdırmanın asandan çətinə doğru bütün işlərin ilk mərhələsi olduğuna və icranın uğurunun planlaşdırmanın uğuruna bağlı olduğu gerçəyinə rəğmən, bilmək vacibdir ki, planlaşdırıcılar, planlaşdırma müddəti ərzində bir sıra əngəl və çətinliklərlə qarşılaşacaqlar. Planlaşdırıcıların  bu çətinlikləri bilməyi və onlara qarşı əvvəlcədən tədbir görməkləri təcrübədə uğurunu artıracaqdır. Ümumiyyətlə, planlaşdırma müddətinin böyük bir hissəsi planı hazırlayanların planı icra edəcək olanları, ya da icra edəcək olanların planı hazırlayanları inandırmağına sərf edilir. Bu vəziyyət nəzərə alınaraq Məktəb İnkişaf Müddəti Mərhələləri içərisində planlaşdırma və icra tapşırıqları birbaşa iş qruplarına verilmişdir.

İş qruplarına fikir vermək məqsədi ilə planlaşdırmada qarşılaşabiləcək bəzi çətinliklər və bunların həlli üçün izləniləbiləcək bəzi strategiyalar aşağıda nümunə olaraq göstərilmişdir. Bunlar qarşılaşa biləcək problemlərin hamısı demək deyil. Məktəblərin daxil olduğu mühit şərtləri, şagirdlərin ehtiyacları, valideynlərin gözləntiləri və məktəb personalının xüsusiyyətlərinə görə bir çox çətinliklər meydana gələ bilər. Zaman keçdikcə planlaşdırıcılar təcrübə qazanaraq çətikliklərin öhdəsindən daha qısa zamanda gəlməyi bacaracaqlar.

Aşağıda qarşıya çıxa biləcək problemlər və bunların həlli üçün təkli edilən strategiyalar sadəcə məsləhət məqsədi ilə hazırlanmışdır.

İnanırıq ki, məktəblərimiz problemlərin daha yaradıcı həlli yollarını təkmilləşdirəcəklər.

İş qruplarının qarşılaşacaqları çətinliklər və bunların həlli üçün təklif edilən strategiyalar: (1) Planlaşdırma mərhələsində, (2) İcraetmə mərhələsində olmaq üzrə iki qrupa ayrılmışdır.

  1. Planlaşdırma mərhələsində
  2. Hədəflənən məqsədlərin başa düşülməməsi: Planlaşdırmaya qoşulan insanlar arasında fikir ayrılıqlarının yaranması qarşılaşa biləcək problemlərdən biridir. Planlaşdırmaya qoşulan insanlar hədəflənən məqsədin açıq və dəqiq olmadığı hallarda nə edəcəklərini bilmədiklərinə görə bir sıra anlaşılmazlıqlar meydana gələ bilər. Onlar arasında fikir ayrılıqlarına səbəb olur.

İzləniləcək strategiya; Ümumi olaraq nəzərdə tutulan məqsədə doğru açıq və dəqiq hədəflərin meydana gəlməyi və bunlarla bağlı fikir birliyinə əsaslanaraq planlaşdırılmaya keçirilməsi bu problemi aradan qaldıracaqdır. Məktəb İnkişaf Müddəti 1-ci Mərhələsində məktəbin inkişaf hədəfləri müəyyənləşərkən nəzərdə tutulan məqsədlərin açıq və dəqiq olmağı, hər kəs tərəfindən tərəfindən eyni baxılacaq şəkildə olmağı və mümkün olduqca fikir birliyinə əsaslanaraq hazırlanmağı lazımdır. Bu mərhələdə görüləcək işlər diqqətlə icra olunduğu halda, planlaşdırma ərzində qarşıya çıxacaq fikir ayrılıqları işə daha geniş bir perspektiv qazandıracaqdır. Bu zaman fərqli yanaşmalar çətinliklər yaratmaqdan  daha çox işləməyə zənginlik qatan bir xüsusiyyət halına gələcəkdir.

  1. Mənbələrin Yetərsizliyi: Planlaşdırma mərhələsinin bir hissəsi də görüləcək işlər üçün istifadə ediləcək mənbələrin ayrılmasıdır. Pul, zaman, məktəb məkanları kimi fiziki mənbələr ilə insan resurslarının yetərsizliyi planlaşdırmada yaranacaq əsas problemdir. Əgər planlaşdırma mərhələsində mənbələrin bölgüsü düzgün şəkildə olmasa, icra zamanı ya iş yarımçıq qalar, ya da iş təxirə salınar. Məktəb inkişafını gecikdirəcəyinə və mənbələrin boşa sərf olunacağına səbəb olacaq deyə hər ikisi heç xoş vəziyyətlər deyildir.

İzləniləcək strategiya; Məktəb inkişafında məhdud sayda olan mənbələrin ən doğru şəkildə istifadə oluna bilməyi üçün planlaşdırma mərhələsində yaxşı təhlil aparmaq lazımdır. Məktəbin görüləcək iş üçün ayıracağı istər fiziki, istərsə də insan resursları diqqətlə təhlil edilməli və ən çox fayda verəcək sahələrə önəm verilməlidir. Bu halın diqqətdən kənarda qalmamağı üçün İş Planı Formunda istifadə ediləcək mənbələr bölməsi ilə gözlənilən faydalar bölməsinə də yer verilmişdir.

  1. İcraetmə Mərhələsində

İştirak yetərsizliyi: İştirak yetərsizliyi hazırlanan iş planlarının tətbiqində yarana biləcək ən ciddi problemdir. Planı tətbiq edəcək olanların plan hazırlanmasında iştirak etməmələri və ya görüləcək işlər barədə fikir birliyi olmadan planlaşdırmanın həyata keçirilməsi buna səbəb olur. Bundan başqa planlaşdırmanın çox faydalı olacağına inanırlarsa da, resursların istifadəsi üçün hədəflər və ya çətinliklər üçün qeyri-real səylər də təcrübədə iştirakı azaldır. Hətta ən yaxşı planlar belə  həyata keçirilməsə dəyərsizdir. Buna görə də planlar həmişə real və məktəb şəraitini nəzərə alaraq hazırlanmalıdır.

İzləniləcək Strategiya: Veriləcək qərarlara iştirakın artırılması planlı məktəb inkişafından əsas rol oynayacaq bir strategiyadır. Bu strategiya Planlı Məktəb İnkişafı Müddətinin bütün mərhələləri üçün eyni səviyyədə əhəmiyyət daşıyır. Unutmaq olmaz ki, fərdlər öz verdikləri qərarları daha böyük həvəslə icra edərlər. Bundan əlavə, iştirak artdıqca daha geniş fikir birliyi əldə olunduğu üçün gözdən qaçan məqamlar ortaya çıxır və bunlar da nəzərə alınacağına görə alınan qərarın təsirini artırır.

  1. Məlumat Azlığı Və Əlaqə Yetərsizliyi: Planlaşdırılan işlər və bunlar ilə bağlı nəzərdə tutulan məqsədlərin məktəb cəmiyyəti tərəfindən tam şəkildə başa düşülməməsi icraetmədə qarşıya çıxacaq bir çox əngəllərin baçlıca səbəbidir.Fərdlər bir işin nədən həyata keçiriləcəyini və bunun nəticəsində gözlənilən faydaları dərk etmirlərsə, onlar bu işə heç bir dəstək verə bilməzlər. Məktəblərdəki mövcud məlumat alışqanlığı bu ehtiyacı yetəri qədər qarşılamaya bilər. Bu halda isə ya planlaşdırılan işlər yarımçıq qalar, ya da sona çatar. Hər iki situasiyada məktəb bundan faydalana bilməz. Belə xoş olmayan hallarla qarşılaşmamaq üçün məktəbdə məlumat mərkəzi olmalıdır.

İzləniləcək Strategiya: Məktəb idarəetməsi ilə müəllimlər, müəllimlər ilə valideynlər, məktəb ilə ətraf, məktəb ilə universitet və nazirliklər arasındakı məlumat axınının vaxtında və ehtiyacları qarşılayacaq şəkildə yenidən nəzərdən keçirilməsi lazımdır.

Məktəbin heyəti planlaşdırılan bütün işlər və bununla bağlı nəzərdə tutulan məqsədlər barədə məlumatlandırılmalıdır.

Vaxtında və yetərli şəkildə məlumatlandırıcı işlər kimi müəyyən aralıqlarda təkrarlanan sözlü və yazılı açıqlamalara müraciət oluna bilər. Bu məqsəd ilə iş qrupları tərəfindən təşkil ediləcək iclaslarda hazırlanacaq sözlü açıqlamalar yaxud çoxaldılaraq dağıdılacaq yazılı açıqlamalar faydalı olacaqdır.

 

buqelemun.com | Sizin təhsil şəbəkəniz

QeydYazı kopyalanarkən www.buqelemun.com -a istinad olunmalıdır


Buqelemunu digər sosial şəbəkələrdə də izləyin:

Onlayn Şərhlər
Bu məqalə üçün şərh bildirilməyib.
Məqalələrə şərh bildirmək üçün Qeydiyyatdan keçin