Bir Uşaq da Sən Güldür !


Bildiyiniz kimi yay bitir və qarşıdan qış gəlir.

 

Biz Bakı Tekstil Fabriki MMC olaraq ucqar kəndlərdə ki uşaqlara məktəbli formalarımızı hədiyyə edəcəyik.

 

Sizdən istəyimiz və xahişimiz isə, istifadə etmədiyiniz qalın paltarlarınızı o uşaqlara çatdırmağımız üçün bizə verməyinizdir.

Paltarları bizə necə çatdıra bilərsiz ?

Bu event Evakuasiya.az (156 evakuasiya) şirkəti ilə ortaq təşkil olunmaqdadır.

Ofisimizə gətirərək ( Əhməd rəcəbli küç. Çinar park iş mərkəzi, 6. bina 1. giriş 4. mərtəbə)
Fabrikimizə gətirərək (Binəqədi r. Baksol 1 )
19:00-dan 20:00-a kimi istənilən metro stansiyasındakı 156 Evakuasiya əməkdaşlarına çatdırmaqla
Yolda gördüyünüz hər hansısa bir 156 evakuator sürücüsünə verməklə

Qeyd: Qarşıdan gələn aylar ərzində bir neçə ucqar kəndə çatdırılacaq.

*Unutmayaq ki, həyat paylaşdıqca gözəldir və sevgi paylaşdıqca artar


Buqelemunu digər sosial şəbəkələrdə də izləyin:

Sosial fəaliyyət Şərhlər
Bu məqalə üçün şərh bildirilməyib.
Məqalələrə şərh bildirmək üçün Qeydiyyatdan keçin