Bu şirkət haqqında məlumat
Əlaqə vasitələri
Telefon: 
+99450 614 41 44
E-poçt: 
info@bankrespublika.az
Bank Respublikada vakansiya!


“Bank Respublika” ASC “Sənədli əməliyyatlar üzrə aparıcı mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edir.

Ümumi vəzifə öhdəlikləri:

*Beynəlxalq müqavilələri və digər əlaqəli sənədləri ekspertiza etmək;

*Beynəlxalq zəmanət və akkreditivlərin şərtlərini müzakirə edilmək, SWIFT mətnini hazırlamaq;

*Zəmanət və akkreditivlərlə bağlı ərizələrin təhlilində kredit mütəxəssislərinə dəstək olmaq, müştəri ehtiyaclarını və təkliflərini müəyyənləşdirmək və uyğun həlli yolu tətbiq etmək;

*Beynəlxalq əməliyyatlarla bağlı müxbir banklarla və müştərilərlə əlaqə qurmaq;

*Sənədli əməliyyatlar portfelinə nəzarət etmək və müvafiq hesabatları hazırlamaq;

*Kredit mütəxəssisləri ilə qarşılıqlı əlaqə saxlamaq və Sənədli əməliyyatlar məhsullarının satışına dəstək vermək;

*Zəmanət və akkreditivlər ilə bağlı kredit mütəxəssislərinə təlimlər keçirmək;

*Zəmanət və akkreditivləri icra etmək (həm kağız daşıyıcısında, həm də SWIFT vasitəsilə);

*Zəmanət və akkreditivlərin qeydiyyatını aparmaq (balansdankənar, təminat, komissiya və örtükərin qeydiyyatı) və portfelinə nəzarət etmək.

Namizədə qarşı tələblər:

* Ali təhsil

* Ticarətin maliyyələşdirilməsi və ya Sənədli əməliyyatlar sahəsində ən azı 2 il iş təcrübəsi (Əməliyyatların icraçısı olması önəmlidir);

* Zəmanət və akkreditivlərlə bağlı qanunvericilik, URDG 758 və UCP 600-üz son nəşri barədə biliklər;

* Bank əməliyyatları barədə biliklər;

* SWIFT sistemində işləmə qabiliyyəti, Sənədli əməliyyatlara aid formatları təhlil və icra etmək qabiliyyəti

* Aidiyyatı sənədləri təhlil etmə qabiliyyəti;

* Müqavilələrlə işləmə bacarıqları;

Sizə nə təklif edirik?

* Əlverişli iş mühitində çalışmaq imkanı;

* Karyera və inkişaf perspektivləri. Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini, email-in mövzu hissəsində “Sənədli əməliyyatlar üzrə aparıcı mütəxəssis” qeyd edərək HR@bankrespublika.az elektron ünvanına göndərə bilərlər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.


Buqelemunu digər sosial şəbəkələrdə də izləyin:

Vakansiyalar Şərhlər
Bu məqalə üçün şərh bildirilməyib.
Məqalələrə şərh bildirmək üçün Qeydiyyatdan keçin
Buhaqqında məlumat

Əlaqə vasitələri


Telefon:  +99450 614 41 44
E-poçt:  info@bankrespublika.az