Bakalavr təhsili üçün ən sərfəli universitet bilindi.


Bir çox tələbələr sələmçilərdən əlavə olaraq borc pul alır, belə ki Liverpool Hope Universiteti bizə ən aşağı borc alma normalarını bildirir.

Liverpool Hope Universiteti bakalavr təhsili üçün ən sərfəli universitet kimi bilinir, hərçənd yeni məlumatlara görə tələbələr hətta  gündəlik xərclərini qarşılaya bilmək üçün borc içində itib batırlar.

“Future Finance” adlı xüsusi təqaüd şirkətinin təqdim etdiyi rəqəmlər göstərir ki, bəzi ərazilərdə tələbələr ümumilikdə dövlət xətti ilə öz təlim və xidmətləri üçün 10000£  məbləğində borc alıblar.

London universitetləri ən bahalı universitetlər olaraq qalır, amma buna baxmayaraq statistikalar Oksford Universiteti tələbələrinin sələmçilərdən ortalama 9800£  məbləğində borc aldıqlarını göstərir.

Keçən il kirayə pullarının 10% artması ilə, şəhərin tələbə yurdları üçün ən bahalı yer olduğu aşkarlanıb.

Ən son hesabat rəqəmləri göstərir ki, əksər bakalavr tələbələri özlərini pulla təmin edə bilməyiblər, lakin onların valideynləri tərəfindən yaşayış xərcləri üçün illik 5000£-dan daha çox pul veriləcəyi gözlənilirdi.

Keçən il bəzi hallarda, mədaxildən asılı olaraq rəqəmlər üçdə bir qədər artmışdır.  Bu artım nəticəsində dövlət tərəfindən tələbə təqaüdləri təsis edilmişdir.

Bakalavr təhsili üçün ən sərfəli universitetlər siyahısında Liverpool Hopedan sonra Cardiff Metropolitan Universiteti daha sonra isə Gloucestershire Universiteti dayanır.

Rəqəmlər bu təhsil müəssisələrində təhsil alan tələbələrin ortalama təqaüddən 4000£  daha çox, Liverpool Hope tələbələrinin isə sadəcə 3972£ məbləğində təqaüd üçün müraciət etdiyini göstərir.

Bu statistikaya cavab olaraq, “Future Finance”nin yaradıcısı və direktoru Brian Nortan tələbələrə universitet seçərkən illik xərclərini nəzərə almalarını məsləhət görüb.

O, bu ay universitetə başlayan tələbələrin yaşayış xərcləri kimi bir neçə faktoru nəzərə almaqda diqqətli və universitet yerini təmin edərkən qeyd edilən faktoru gözdən qaçırmamalı olmalarını bildirib.

Bakalvr tələbələri hər il yaşayış xərcləri üçün 12000£- dan daha çox xərcləyə biləcəklərini düşünə bilərlər, lakin bu məbləğ onların dövlətdən ala biləcəyi ən yüksək təqaüddən daha çoxdur.

Əlavə təqaüd ilə birlikdə yaşayış xərcləri üçün 3 ən bahalı universitet:

1) Oksford Universiteti – 9,801£

2) Regents Universiteti London – 9,728£

3) Elmin, Texnologiyanın və Tibbin imperiya Kollecləri  – 9,708£

 

Əlavə təqaüd ilə birlikdə yaşayış xərcləri üçün 3 ən sərfəli universitet:

1) Liverpool Hope Universiteti – 3,972£

 

buqelemun.com | Sizin təhsil şəbəkəniz

QeydYazı kopyalanarkən www.buqelemun.com -a istinad olunmalıdır

2) Cardiff Metropolitan Universiteti – 4,057£

3) Gloucestershire Universiteti- 4,175£