Bu şirkət haqqında məlumat
Əlaqə vasitələri
Telefon: 
(012) 4967007
E-poçt: 
telebe@azercell.com
Ünvan: 
28 May küç., 33A
AZERCELL TƏLƏBƏ TƏQAÜDÜ PROQRAMI 2018 – 2019 – BÖLGƏ


AZERCELL TƏLƏBƏ TƏQAÜDÜ PROQRAMI 2018-2019-BÖLGƏ

“Azercell Telekom” MMC Azərbaycanda təhsil alan tələbələrə aylıq təqaüd almaq imkanını təqdim edir! Tələbə Təqaüdü Proqramı üzrə qalib gələn tələbələr ali təhsillərinin sonunadək aylıq 200 AZN təqaüd almaqla yanaşı, telekommunikasiya sahəsi haqda biliklərini artırmaq, şirkətin korporativ tədbirlərində və sosial fəaliyyətlərində , müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə təcrübə keçmək şansını əldə edəcəklər.Proqrama region universitetlərinin son iki kursunda təhsil alan tələbələr də müraciət edə bilərlər.

Proqramda aşağıdakı meyarlara uyğun gələn tələbələr iştirak edə bilərlər :

  • Bölgə Ali Təhsil müəssələrində təhsil alanlar;
  • Son iki kurs tələbələri (bakalavr);
  • Qiymətləri yaxşı və əla olanlar.

Təqaüd proqramı üzrə müraciət etmək üçün:

  • Müvafiq bölümü seçin: Bakı, SABAH və ya Bölgə Təqaüdü Proqramı;
  • Əlavə olunmuş elektron müraciət ərizəsini doldurun (ərizəni yükləyin);
  • Elekton müraciət ərizəsini, tələbə biletinin və qiymət kitabçasının ( transkript ) skan olunmuş versiyasını Telebe@azercell.com mail ünvanına göndərin.

Qeyd:

  • Təqaüd Proqramına müraciət müddəti 18 Sentyabr – 18 Oktyabr 2018.
  • Bütün müraciətlər yalnız elektron ərizə formasında qəbul olunur.
  • Müraciət ərizəsinə tələb olunan bütün sənədlərin skan olunmuş versiyası əlavə edilməsə, müraciətlər nəzərə alınmayacaq.

Əlavə məlumat üçün bursary@azercell.com e-mail ünvanına və ya (012)496 70 07 əlaqə nömrəsinə müraciət edə bilərsiniz.


Buqelemunu digər sosial şəbəkələrdə də izləyin:

Təcrübə proqramları Şərhlər
Bu məqalə üçün şərh bildirilməyib.
Məqalələrə şərh bildirmək üçün Qeydiyyatdan keçin
Buhaqqında məlumat

Əlaqə vasitələri


Telefon:  (012) 4967007
E-poçt:  telebe@azercell.com
Ünvan:  28 May küç., 33A