Azərbaycan dilində yazılışındə səhv etdiyimiz sözlər


Azərbaycan dilində tez-tez işlətdiyimiz, lakin əksərən səhv buraxdığımız sözlər

Azərbaycan mediasında tez-tez rast gəldiyimiz bəzi sözlər var ki, necə yazıldığı barədə baş sındırır, tapmayanda lüğətlərə və sair müraciət edirik. Həqiqətən də bu sözlər elələrindəndir ki, barmaqla sayılacaq qədər şəxslər onların yazılışında səhv etmirlər. Məsələn, bir ingilis dili müəllimim var idi. Universiteti fərqlənmə diplomu ilə bitirmişdi və 20 illik müəllim təcrübəsi var idi, amma dünənə kimi velosiped sözünün ingiliscə qarşılığını - bicycle - yazanda çətinlik çəkirdi, amma nəhayət ki, öyrəndi. Maraqlıdır, bəs Azərbaycan dilində tez-tez səhv etdiyimiz sözlər hansılardır. Həmin sözlərin bəzilərini sizlərə təqdim edirik. Və bir nüansı da qeyd etmək istərdim ki, bir müddət əvvəl mediada belə bir araşdırma aparılmışdı və siyasətçilərdən sual olunmuşdu: "Hansı dillər bilirsiz?" Maraqlı cavablar var idi. Ancaq ən maraqlı cavab belə idi - Azərbaycan dilini mükəmməl öyrənməyə çalışıram.

taleh - tale məhşur - məşhur ismarıc - ismarış orginal - orijinal
təmbəl - tənbəl prablem - problem maraxlı - maraqlı veyillənmək - veyllənmək
istiraət - istirahət meyil - meyl təcüb - təəccüb xeyir (yox) - xeyr (yox)
haq - haqq qaçhaqaç - qaçaqaç vijdan - vicdan səyfə - səhifə
ambar - anbar kilaqram - kiloqram billur - büllur qiqiyena - gigiyena
şer - şeir təbiyət - təbiət heyf - heyif pilləkan - pilləkən
sasiska - sosiska kəfkir - kəfgir sosyal - sosial xudafiz - xudahafiz
biyəban - biyaban nəlayiq - nalayiq otel - hotel aftamat - avtomat
mühim - mühüm müdür - müdir səbr - səbir

panbıx - pambıq