Əlaqə vasitələri
E-poçt: 
registration@yarat.az
ART KÖNÜLLÜ


ART KÖNÜLLÜ

YARAT Müasir İncəsənət Məkanı ART Könüllü lll proqramına namizədlərin qəbulunu elan edir.


Yay aylarını səmərəli və çox fəal keçirtmək istəyisinizsə, sizi yaradıcı potensialınızı bizimlə reallaşdırmağa dəvət edirik. ART Könüllü proqramı – YARAT təşkilatında müxtəlif layihələrdə iştirak  etməklə yanaşı, təsviri incəsənət, teatr, kino, musiqi və incəsənətin digər sahələrində layihələr üzrə əvəzolunmaz təcrübə qazanmaq üçün əlverişli imkandır.


Təcrübə dövrü: 3 ay


İş qrafiki: həftədə 2 dəfə, 4 saatdan az olmayaraq.


YARAT-ın Könüllü proqramında iştirakınızla Siz əldə edəcəksiniz:

  • Yaradıcı komandada iş;
  • Müasir incəsənət aləminin tanınmış simaları ilə ünsiyyət imkanı;
  • YARAT səhnəsində cəsur ideyalarınızın həyata keçirilməsi;
  • Sertifikat (proqramı uğurla başa vuran şəxslər üçün).

Tələblər:

  • 18-35 yaş arası namizədlər
  • Azərbaycan dili ilə yanaşı ən azı bir xarici dil (ingilis, rus və s.) bilmək vacibdir

Müraciətini CV formasında 15 sentyabr, 2018 tarixinə kimi mövzu bölümündə ART Könüllü yazaraq registration@yarat.az ünvanına göndərin və YARAT ailəsinin bir parçası olun

Əlaqə vasitələri


E-poçt:  registration@yarat.az