Bu şirkət haqqında məlumat
Ali məktəbdə “bacarıqsız” bir tələbə olmaq sonrakı həyatımı daha da yaxşılaşdırdı.


Ali məktəbdə “bacarıqsız” bir tələbə olmaq sonrakı həyatımı daha da yaxşılaşdırdı.

“Myspace”, “AİM” və “T9 texting” zamanında mən sosial cəhətdən utancaq biri olaraq dostlar siyahımda 10dan az ad olan ali məktəb tələbəsi idim və bu, inkişaf edən texnologiya dövründə yeniyetmə qız üçün utandırıcı bir hal idi.

Sosial qorxu insanlar ilə danışmaqda məndə təşviş yaradaraq həyatımın geri qalan hissəsi üçün məni narahat edirdi. Mən heç vaxt “cool” yaxud məşhur biri kimi davranmırdım. Mənim yaratdığım kiçik sosial qarşılıqlı əlaqə məktəbin ən yaraşıqlı oğlanı ilə görüşməkdən daha çox faydalı nəticələndi.

Ali məktəbdə mən həyata qarşı soyuqqanlı olmağımla bağlı insanların düşüncələrini çətinliklə də olsa dağıtmağa çalışmışam və demək olar ki, bunu bacardım. Tanışlar məni “həyatdan bezmiş” adlandırırdılar və yaxud əslində mənim rahat biri olduğuma inanaraq haqqımda “özündənrazı sima”ya malik insan kimi fikirlər bildirirdilər.

Onlar həqiqətdən uzaq ola bilmirdilər. Mən koridorda mənə olan baxışlardan tutmuş, müəllimlərin tapşırıqlara verdiyi qiymətlərə kimi hər şey barədə daim həddən artıq çox düşünürdüm.

Mən hər zaman insanların mənim haqqımdakı düşüncələrindən narahat idim, buna görə də öz hərəkətlərimdə çox ehtiyatlı davrandım.

Mən əyləncəli qruplara qoşulmağı özümə qadağa etmişdim, hətta idmanla məşğul olmağa vərdiş etmişdim, əks təqdirdə qrupun məşhur qızları məni problem kimi görürdülər. Mən həm də məktəbin ilk illərində səmimi olduğum insanlardan uzaqlaşmaq üçün yolumu dəyişdim, onlar mənimlə təsadüfən qarşılaşsalar belə məni xatırlama ehtimalları çox azdır.

Mən diqqət çəkməmək üçün çox çalışdım və nəticədə ali məktəbi yaxşı yaxud pis hadisə olmadan başa vurmağı bacardım.

Bu qorxular açıq-aşkar qrup yoldaşlarım ilə danışmaq və ya dostluqlar qurmaq bacarığımı məhdudlaşdırdı, lakin mən insanların olduğu böyük qruplara qoşulmaq barədə düşünmürdüm. Mən, adətən, müzakirələrdə iştirak etməkdən çəkinirdim, mən elədə maraqlı xarakterə sahib deyildim və özümü müqayisə etdiyim digər qızlar kimi gözəl deyildim.

Buna görə də mən heç nə etmədim. Məktəbdən kənar fəaliyyətlərdə iştirak etmədim, sinif müzakirələrində səssiz olurdum və bütün “cool” uşaqlar planlaşdırılmamış hamiləliklərə və həddindən artıq siqaret çəkməkdən vaxtından əvvəl yaranan qırışlara səbəb olan cümə gecələrindəki əyləncələrdə iştirak edərkən mən evdə olurdum.

Mənim cümə gecələrim “Süngər Bob” və “Zoey 101”i izləməklə keçirdi və saat 9-a kimi yatağımda olub yatmalı idim.

Ümumiyyətlə, mən məktəbdə görünməz olmağa çalışırdım. Mən əminliklə söyləyə bilərdim ki, sinif yoldaşlarımın əksəriyyəti 10 ildən sonra yenidən bir araya gəldiyimizdə məni xatırlaya bilmədi.

Lakin arxa planda olduğum günlərdə maraqlı bir dost qrupu ilə vaxt keçirməyi bacardım. Buna görə də bəzən məktəbdən sonrakı vaxtlarda tamamilə yalnız olmurdum. Mən bu insanlara daha da yaxınlaşdıqca, onların məni mühakimə etmədiyini əksinə,əyləndirdiyini gördüm.

Mən onlarla qaynayıb-qarışmağı bacardım və nəticədə bu, məndə xoş,əyləncəli xarakterin formalaşmağına səbəb oldu. Lakin mən hələ də yaxşı tanımadığım insanların yanında özüm kimi davrana bilmirdim.

Kollecdən sonra mən içməyə başlayanda narahatlıqlarımı və təhlükəzsizliyimi aradan qaldırmağa başladım. Alkoqol tanımadığım insanların yanında axmaq olmaq üçün mənim bütün maneələrimi azaltdı. Daha sonra mən özüm ola bildiyimi və gülünc bir şey olmadığını sübut etdiyimdən bəri biz ayıq olduğumuz zaman utanmaq üçün heç bir səbəb görmədim.

Bu, mənim əslində böyüdüyüm vaxt idi.

Ətrafımdakı insanlara qarşı özümü mühakimə etməyə davam etmək yerinə əsas diqqətimi onlar kimi fərqli və bənzərsiz xarici gözəlliyimi, xarakterimi qəbul etməyə yönəltdim. Ali məktəbdəki yaxın dostların yanında xarakterim formalaşdıqdan sonra hər zaman xoşagələn bir insan olmaq asan idi.

Əgər ali məktəbdə özgüvənə sahib olsaydım, buğünkü kimi yaxşı, hərtərəfli biri olmazdım.

Əgər mən açıqürəkli və asanlıqla dostluqlar quran biri olsaydım, nail olacağımı heç vaxt düşünmədiyim potensiala çatmaq və intellektual cəhətdən böyümək yerinə məşhurluğun keyfini çıxarırdım.

Mən xoşbəxtəm, çünki tam əminliklə deyə bilərəm ki, mən indi olduğum kimiyəm və insanların mənim haqqımdakı düşüncələri mənə maraqlı deyil. Mən ali məktəbdə “cool” biri deyildim və bu, vacib deyil. Mən 17 yaşımda zirvəyə çata bilmədiyim üçün indi şükür edirəm.

 

 

buqelemun.com | Sizin təhsil şəbəkəniz

QeydYazı kopyalanarkən www.buqelemun.com -a istinad olunmalıdır


Buqelemunu digər sosial şəbəkələrdə də izləyin:

Onlayn Şərhlər
Bu məqalə üçün şərh bildirilməyib.
Məqalələrə şərh bildirmək üçün Qeydiyyatdan keçin
Buhaqqında məlumat