6 (Altı) Düşüncə Şlyapası


6 (Altı) Düşüncə Şlyapası

Altı Düşüncə Şlyapası Metodu iclaslardakı düşüncə və təkliflərin müəyyən bir qayda ilə irəli sürülməsi və sistemləşdirilməsi üçün istifadə olunan bir metoddur. Şlyapalar düşüncələrin fərqləndirilməsi üçün istifadə olunan simvoldur. Şlyapaların rəngi dəyişdikcə iştirakçılardan rəngin ifadə etdiyi düşüncələri müəyyən bir qaydaya əsasən sıra ilə söyləmək tələb olunur.

Bu Metod Necə Tətbiq edilir?

İştirakçılara müzakirə edəcəkləri mövzu təqdim edilir. Bütün iştirakçılardan eyni papağı geyinmələri, yəni mövzuya eyni şəkildə yanaşmaları tələb olunur. Şlyapaların rəngləri aşağıda qeyd olunmuş düşüncələri simvolizə edir.

  1. Şlyapa: Ağ Şlyapa

Neytral şlyapadır və dəqiq məlumatları əhatə edir. Konkret məlumatlar, ədədlər, tədqiqatlar, ölçülər, sübut edilmiş məlumatlar təqdim olunur. Bu  mərhələdə aşağıdakı suallara cavab axtarılmalıdır.

  • Hansı məlumatlara sahibsiniz?
  • Nələrdən xəbərdar deyilsiniz?
  • Sizə lazım olan məlumatı necə əldə edərdiniz?
  1. Şlyapa: Qırmızı Şlyapa

Emosional və fərdi şlyapadır. Şəxsi hisslər bu şlyapa ilə nəzərə alınır. İştirakçılara müzakirə edilən mövzu haqqında öz fikirlərini bildirmək imkanı verilir. İştirakçıların fərdi düşüncələri öyrənilir. Bu düşüncələrə görə iştirakçılar günahlandırılmır. Bu mərhələdə bu suala cavab axtarılır:

– Müzakirə mövzusu olan hadisə, situasiya, məsləhət, problem və s. haqqında nələr hiss edirsiniz?

  1. 3. Şlyapa: Qara Şlyapa

Pessimist, tədbir şlyapasıdır. Təhlükələrlə əlaqəli olan bir şlyapadır. Pessimist tuneli görər, optimist isə tunelin sonundakı işığı. Qərarsızlıqların qarşısını almaq üçün mövzunun riskləri nəzərə alınmalıdır. Qərarsızlıqlar məhdud deyil. Təhlükənin isə sərhədi müəyyən edilməlidir. Nə qədər risk alacağımızı bilmədən yola çıxmamalıyıq.Bu mərhələdə gələcəkdə üzləşəcəyimiz problemlər, tənqidlər aşkar olunur. Bu sualın cavabını axtarmalıyıq.

  • Bu təklifin, layihənin müsbət və mənfi cəhətləri nələr ola bilər?
  1. Şlyapa: Sarı Şlyapa

Optimist, faydalar şlyapasıdır. Layihənin üstünlüklərinin ortaya çıxdığı şlyapadır. Görüləcək işin avantajları əsas götürülür, qazancları nəzərə alınır. Bu mərhələdə bu sualın cavabı axtarılır:

  • Bu layihə bizə nə gətirə bilər?
  1. Şlyapa: Yaşıl Şlyapa

Yeni, yaradıcı və maraqlı ideyaların papağıdır. Mövzu ilə bağlı alternativlər nələrdir? Sualının cavabı axtarılır. Yaradıcılıq ön planda dayanır və iclas iştirakçılarından yaradıcı fikirlərini təqdim etmək gözlənilir. Ən maraqlı fikirlər mükafatlandırılır. Fikirlərini paylaşanlara insanların gülməyəcəkləri barədə təminat verilir. Fikir irrasional olsa belə, kinayəli yanaşılmamalıdır. Əsas olan fikrin doğru olub-olmadığı deyil; original, yeni, maraqlı, əlavə dəyər yaratmış olmağıdır. Çünki bir fikir həyata keçənə qədər gülünc görünə bilər, reallaşdıqdan sonra gülünc gəlməz. Bu mərhələdə bu suala cavab axtarılmalıdır:

  • Bu mövzu ilə bağlı fərqli bir fikriniz varmı?
  1. Şlyapa: Mavi Şlyapa

Vəziyyətə soyuqqanlı yanaşaraq təhlil etmə, nəzarət papağıdır. Sonunu bilmədən bir işə başlamaq istəyiriksə, bu mərhələ olduqca vacibdir. Nəticələrin ortaya çıxdığı şlyapadır. Düşüncələr, yanaşmalar və təkliflər sistemləşdirilir. İclasın nəticələri müzakirə olunur. Nə ediləcək? Nə üçün ediləcək? Necə olacaq? Kim edəcək? Harada edəcək? Nə vaxt başlayacaq, bitəcək? Sualların cavabı dəqiq qeyd olunur və layihələndirilir. İştirakçılar şlyapaların hamısını sıra ilə geyinərək düşüncə və         fikirlərini bildirirlər və beləliklə, iclas məqsədinə çatır. Bu mərhələlərin sonunda bu suallar cavablandırılmış olur. Əks təqdirdə, təkrar birinci şlyapanı geyinməyiniz lazımdır.

  • Nə oldu? (keçmişdəki vəziyyətiniz – nə idik?)
  • Nə baş verir? (indiki vəziyyətimiz – nə olduq?)
  • Sonra nə baş verəcək? (gələcəkdə nəzərdə tutduğumuz vəziyyət – nə olacağıq?)
  • Nə düzgün deyil? (istənilən gələcəyə çatmaq üçün edilməsi vacib olanlar)

buqelemun.com | Sizin təhsil şəbəkəniz

QeydYazı kopyalanarkən www.buqelemun.com -a istinad olunmalıdır


Buqelemunu digər sosial şəbəkələrdə də izləyin:

Onlayn Şərhlər
Bu məqalə üçün şərh bildirilməyib.
Məqalələrə şərh bildirmək üçün Qeydiyyatdan keçin