"Tələbələr üçün iş - telebeler ucun iw" axtarış tövsiyyələri.


"Tələbələrə üçün vakansiya" ilə "telebelere gore iw" arasında hansı fərqlər var? Nə üçün doğru axtarış bacarıqlarına sahib olmalıyıq? SEO nədir?

 

Son zamanlar Buqelemun təhsil portalında axtardığınız sözlər diqqətimizi çəkir. Axtarış sistemləri fərqli axtarış xüsusiyyətlərinə sahib ola bilər. Buqelemun axtarış sisteminin xüsusiyyətlərindən danışım. Buqelemunda hər hansı açar sözü axtarış bölməsinə daxil etdikdə, paylaşılmış elan və ya xəbərlərin müəlliflərinin, tarixlərinin, məzmununun çevrəsi daxilində axtarış olunur. Əgər axtarış etdiyiniz söz müəllifin adı iə uyğundursa həmin paylaşımlarda sizin qarşınıza çıxacaq. 

 

Bəs istədiyimizi tapmaq üçün necə axtarış etməliyik?

Axtarış sistemimiz yazılan sözü olduğu kimi axtarır. Əgər Buqelemun rəsmi bir saytdırsa və xüsusilə təhsillə bağlıdırsa yəqinki yazılar arasında ş-əvəzinə "w,sh,s" , ç-əvəzinə "c,ch" , ğ-əvəzinə "g" yazılmış olmayacaq. Siz əgər HR əvəzinə "eyçar" yazıb axtarsanız əlbətdəki uğursuz axtarış etmiş olarsınız.

İlk öncə düşünməlisiniz ki axtardığınız elan hansı növdə yazılmış ola bilər. Əgər axtardığınız mürakkəb mövzudursa sadəcə açar sözləri daxil edin. 

Tələbələrin işləyə biləcəyi yüksək maaşlı iş əvəzinə Tələbə yüksək maaş yazaraq qarşınıza çıxan bir neçə elan arasından tapmaq daha əlverişlidir.

Bəs niyə "google" axtarış sistemində "is" yazanda "telebe" yazdıqda istədiyiniz nəticəni əldə etmək olur? SEO nədir (qısa)

SEO - Search Engine Optimization - Axtarış Motoru Optimizasiyası

Heç düşündünüz mü niyə hər hansı birşeyi axtaranda hansı sayt 1 ci yerdə hansısa sayt 100üncü yerdə sıralanır. Bu haqısızlıq deyil mi? Xeyr! deyil. Çünki Axtarış motorlarının xüsusi işləmə sistemləri var. Siz Vakansiya sözünü Google da axtarakən, Google botları bütün saytları analiz edir və bir çox xüsusiyyətlərə görə sizə ən optimalını təqdim etməyə çalışır. Bunlara " Saytın trafiki, Saytın yüklənmə sürəti, saytdakı paylaşımların sayı, insanların saytda keçirdiyi müddət, Axtarış sistemindən sayta daxil olduqdan sonrakı məmnunluq, elanın linki, elanın məzmunu və s."    Bildiyimiz kimi linklərdə Ə,Ğ,Ü,Ş,Ç,I kimi hərflər mövvud deyil, çünki İngilis əlifbası ilə yazılır. Əgər bir elanın Başlığı - "Bu Vakansiyaya Tələbələr də müraciət edə bilər" kimidirsə onun linki böyük ehtimalla belə olacaq

..../bu-vakansiyaya-telebeler-de-muraciet-ede-biler/   Google botları həmin linkləridə nəzərə aldıqları üçün siz "telebe" yazarkən, "tələbə" məzmunlu saytlar sizə təqdim oluna bilər. Eyni zamanda Google botları həmin elanın sadəcə başlığında deyil məzmununda da nə qədər "tələbə" sözünün keçdiyinə önəm verir. Digər paylaşımlarda da "tələbə" sözü keçirmi deyə bir bir bütün saytları incələyir və bunları hamısı bir saniyədən də tez müddətdə baş verir.

Axtarış edərkən diqqətli olun. Həm vaxtınızı daha səmərəli istifadə etmiş olarsınız, həm də daha dəqiq məlumatlara yiyələnmiş.

Hər birinizə uğurlar.

Azemammadli.

 


Buqelemunu digər sosial şəbəkələrdə də izləyin:

Onlayn Şərhlər
Bu məqalə üçün şərh bildirilməyib.
Məqalələrə şərh bildirmək üçün Qeydiyyatdan keçin