Əlaqə vasitələri
Telefon: 
-0125057718, 0502514115
Ünvan: 
-Bayıl, Yarat Mərkəzinin yanı
"Sərgi haqqında söhbət "


Artxrontika : Leonid Bajanov ,60-80 ci illərdə bədii proseslər.

60-80 ci illərdə SSRİ-də bədii proseslər ; Sərgi haqqında söhbət -Rusiya sənətşünası ,incəsənət tarixçisi ,kurator ,XX əsrinikinci yarısı -XXI əsrin əvvəllərinin müasir incəsənəti üzrə mütəxəssis Leonid Bajanovun təqdimatında .

Hörmətli sənətsevənlər !

1 noyabr 2018-ci il tarixində , "Artxronika " maarifçilik layihəsinin növbəti tədbiri keçiriləcək. Tədbirin qonağı Rusiyanın aparıcı sənətşünaslardan biri Leonid Bajanovdur. Rusiyalı ekspert , 60-80 - ci illərin rus anderqraund mədəniyyətinin formalaşmasından , yəni cərəyanlardan , sosial realizmdən uzaqlaşma haqqında bəhs edəcək. 60-80 - ci illərin sovet incəsənətinin daha bir özəl xüsusiyyəti ,milli rəssamlıq məktəblərinin çiçəklənməsidir və bu məktəblərdən hər birinin özünəməxsus dəsti - xəttinin olmasıdır.

Leonid Bajanov 

Rəssamlıq sənətini Boris Birqerin studiyasında öyrənib. 1973- cü ildə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakultəsinin sənətşünaslıq bölməsini bitirib. Çoxsaylı məqalələrin müəllifi , Rusiyada və xaricdə keçirilmiş bir çox bədii sərgilərin , həmçinin Venesiya ,San -Paulu ,İstanbul , Qahirə , Nyu-Dehlidə beynəlxalq  biennale və triennale tədbirlərində Rusiya layihələrin kuratoru olub. Qisametrajlı filmlərin rejissoru və müəllifidir ."Ermitaj " bədii cəmiyyəti (Moskva,1986) Müasir İncəsənət Mərkəzi (Rusiya,1992), "Novoye iskusstvo" xeyriyyəçilik fondunun təsisçisi və rəhbəridir. 2017- ci ildən etibarən "Müasir incəsənət " proqramının akademik rəhbəri , "Ali İqtisadiyyat Məktəbi " Milli Tədqiqat Universitetinin (Moskva ) professorudur.

Tədbir rus dilində keçiriləcək .

1 noyabr /19:00

XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi 

Giriş sərbəstdir.

 

Əlaqə vasitələri


Telefon:  -0125057718, 0502514115
Ünvan:  -Bayıl, Yarat Mərkəzinin yanı