""Qafqaz xalqlarının etnogenezi və etnik tarixi" mövzusunda keçirilən konqres


AzTU-nun professoru Çeçenistan Respublikasının paytaxtı Qroznı şəhərində 

Çeçenistan Respublikasının paytaxtı Qroznı şəhərində, Çeçenistan Dövlət Universitetində "Qafqaz xalqlarının etnogenezi və etnik tarixi" mövzusunda keçirilən konqresdə AzTU-nun “İctimai fənlər” kafedrasının professoru Əyyub Kərimov da  iştirak edib.

Professor Əyyub Kərimovun "Mentalitet anlamına müasir yanaşma və Çeçen xalqının milli mentalitetinin özünəməxsus xüsusiyyətləri" adlı məruzəsi konqresdə maraqla dinlənilib və məruzə ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, Professor Əyyub Kərimov beynəlxalq konqresə AMEA-nın bir qrup alimi ilə birlikdə dəvət olunub. Tədbirdə iştirak edən erməni alimlərinin çeçenlərin və bütövlükdə Qafqaz xalqlarının tarixini saxtalaşdırmaq cəhdlərinin qarşısı Azərbaycan nümayəndə heyətinin (onlar  bu işə Çeçen alimlərini də cəlb ediblər) mütəşəkkil səyi nəticəsində alınıb.

Konqresdə Əyyub Kərimov Rossiya -1 televiziya kanalına geniş müsahibə verib və müsahibə həmin gün də yayımlanıb