Bu şirkət haqqında məlumat
Əlaqə vasitələri
Telefon: 
+994 12 4803132
E-poçt: 
hr@innes.az
Ünvan: 
44A Xan Şuşinski
“MÜHƏNDİS/MEXANİK” VAKANSİYASI


“MÜHƏNDİS/MEXANİK” VAKANSİYASI

INNES MMC innovativ həllər və məhsul satışını həyata keçirən mühəndislik şirkətidir. Müəssisəmiz izolyasiya və fiber-kompozit təmir texnologiyaları, professional sənaye təmizlik xidmətləri üzrə ixtisaslaşmışdır.

Öz karyerasında innovasiya və korporativ mühitə üstünlük verən namizədləri işə qəbul müsahibələrinə dəvət edirik.

Namizədə olan tələblər:
• Mühəndis/Mexanik ixtisası üzrə ali təhsil
• HVAC və Baca sistemləri sahəsində 2-3 il təcrübə
• Mexaniki və elektrik alətlərlə işləmə bacarığı
• Mexaniki avadanlıqların quraşdırılması və sazlanması qaydalarını bilmək
• Punktual və verilən vaxt ərzində işin keyfiyyətlə yerinə yetirilməsi
• Gecə rejimində işləmə imkanı
• Yaxşı ünsiyyət qura bilmə qabiliyyəti
• Dil bilikləri – İngilis və Rus arzu olunandır

Vəzifə və öhdəliklər:
• Havalandırma / yağlı baca sistemlərinin xüsusi maddələrlə yuyulmasının təşkili və idarə edilməsi
• Avadanlıqların və qurğuların mexaniki hissələrinin layihəyə uyğun olaraq quraşdırılması və quraşdırma sonrası servisinin təşkili
• Avadanlıqların quraşdırılması zamanı texniki ardıcıllığın qorunub saxlanmasına nəzarət
• Sahəyə baxış keçirilməsi və işlərin gedişatının monitorinqi
• İş prosesi barədə rəhbərliyə hesabatın verilməsi
• SƏTƏM qaydalarına riayət olunması

Əlavə məlumatlar:
– Əmək haqqı namizədlərin təcrübə və bacarığına uyğun olaraq müəyyən olunacaqdır
– 6 günlük iş həftəsi

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini hr@innes.az elektron ünvanına göndərə bilər.

* Mövzu hissəsində “Mühəndis/Mexanik Buqelemun.com” qeyd edilməsi xahiş olunur.


Buqelemunu digər sosial şəbəkələrdə də izləyin:

Vakansiyalar Şərhlər
Bu məqalə üçün şərh bildirilməyib.
Məqalələrə şərh bildirmək üçün Qeydiyyatdan keçin
Buhaqqında məlumat

Əlaqə vasitələri


Telefon:  +994 12 4803132
E-poçt:  hr@innes.az
Ünvan:  44A Xan Şuşinski