Bu şirkət haqqında məlumat
“Maarifçi” Tələbə Kredit Fondu yeni elan sessiyasına start verir


“Maarifçi” Tələbə Kredit Fondu yeni elan sessiyasına start verir
 

Sentyabrın 17-dən “Maarifçi” Tələbə Kredit Fondunun növbəti elan sessiyasına start verilir. Bu elan sessiyasında təqdim olunacaq təhsil kreditləri 2018-2019-cu tədris ili üzrə təhsil alan, aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqqı borcu üçün nəzərdə tutulur.

Kreditlər üçün müraciət edən tələbələr müəyyən ümumi tələblərə cavab verməlidirlər. Belə ki, fonda Azərbaycan Respublikasının vətəndaşı olan, müvafiq təsisçi universitetlərin birində təhsil alan və təhsilini davam etdirmək üçün maliyyə yardımına ehtiyac duyan tələbələr müraciət edə bilərlər.

Təhsil kreditlərinin növləri və şərtləri, seçim meyarları və müraciət forması ilə bağlı ətraflı məlumat fondun rəsmi saytında (maarifci.az) qeyd olunub.

Müraciətlər oktyabrın 19-dək davam edəcək


Buqelemunu digər sosial şəbəkələrdə də izləyin:
Buhaqqında məlumat