Əlaqə vasitələri
E-poçt: 
azerbaijan@lcwaikiki.com
VAKANSİYA: “MANAGEMENT TRAİNEE” (İDARƏETMƏ VƏZİFƏSİ ÜZRƏ TƏCRÜBƏÇİ)


VAKANSİYA: “MANAGEMENT TRAİNEE” (İDARƏETMƏ VƏZİFƏSİ ÜZRƏ TƏCRÜBƏÇİ)

“Management Trainee” (İdarəetmə vəzifəsi üzrə stajçı)

Vəzifənin Təsviri

Pərakəndə satışda idarəetmə vəzifəsi üzrə stajçı kimi təlim proqramında iştirak üçün seçilmiş şəxslər şirkətin xüsusi təlim proqramını və mağaza meneceri kimi vəzifədə olarkən ehtiyac duyduğu iş təcrübələrini əldə edəcək. İdarəetmə vəzifəsi üzrə stajçı kimi MT (idarəetmə üzrə stajçı) şirkətin əməliyyat strategiyasına uyğun nəzarət və texniki biliklərə yiyələnəcək. Bu vəzifədə MT ən azı bir təcrübəli menecerin köməkçisi kimi işləyəcək və pərakəndə satış üzrə karyerasında müvəffəqiyyət qazanması üçün əsas hesab olunan merçandayzinq, inventarizasiya, mühasibatlıq və insan resurları sahəsində bilik və bacarıqları əldə edəcək.

Əsas Öhdəliklər
– idarəetmə üzrə stajçının əsas öhdəliyi təlimdə iştirak etmək, yeni biliklər əldə etmək və inzibati öhdəlik üzrə təkmilləşdirilmiş bacarıq və təcrübəsini nümayiş etdirməkdir.
– idarəetmə vəzifəsi üzrə stajçı proqramı MT-ni mağaza meneceri vəzifəsini tutduqdan sonra ona müstəqil şəkildə qərar qəbul etməyi və insanların idarəedilməsi, əməliyyatın idarəedilməsi, həmçinin malların idarəedilməsi sahəsində necə hərəkət etməyi öyrətməlidir.
– təcrübəli menecerin rəhbərliy /göstərişi ilə MT müsahibə, təlim, nizam-intizam, mübahisənin həll edilməsi, kadr sənədləşməsi də daxil olmaqla bütün idarəetmə sahələrində iştirak edəcək. Bütün bu sahələr üzrə praktiki təcrübə əldə etdikdən sonra idarəetmə üzrə stajçılar öz qrupunda olan mağaza işçilərinə düzgün şəkildə rəhbərlik etmək imkanı verən insanlarla işləmə bacarıqlarını inkişaf etdirəcəklər. MT həmçinin müştəri xidmətləri üzrə menecer kimi də çıxış edəcək və bütün işçilərə xidmətin mükəmməl şəkildə təmin edilməsində kömək edəcək.
– MT bank əməliyyatlarının, gündəlik sənədlərin və şirkətin hesabatlarının dəqiq və vaxtında hazırlanmasını təmin edəcək.
Ümumi texniki xidmət, təmizlik, təhlükəsizlik, açılış və bağlanış prosesləri də onun öhdəliyindədir. İdarəetmə üzrə stajçı kimi MT-dən mağaza üzrə menecer olmadıqda mağaza üzrə bütün məsuliyyəti öz üzərinə götürmək tələb oluna bilər.

Namizəd üçün tələblər
– ali təhsil (İqtisadiyyat, menecment, beynəlxalq münasibətlər sahələrində təhsili olanlara üstünlük verilir)
– ünsiyyət və nitq qabiliyyətlərinə malik olmaq
– kompyuter (ofis) proqramlarını yaxşı səviyyədə bilmək
– satışyönümlü istiqamətli olmaq
– ingilis dilini yaxşı səviyyədə bilmək
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzu hissəsində (Management Trainee) qeyd etməklə hr-azerbaijan@lcwaikiki.com elektron ünvanına göndərə bilərlər.

Əlaqə vasitələri


E-poçt:  azerbaijan@lcwaikiki.com