Əlaqə vasitələri
E-poçt: 
hr@demirbank.az
QUBA FİLİALI ÜZRƏ TƏCRÜBƏÇİ ƏMƏLİYYATÇI-XƏZİNƏDAR


QUBA FİLİALI ÜZRƏ TƏCRÜBƏÇİ ƏMƏLİYYATÇI-XƏZİNƏDAR

“DəmirBank” ASC Quba filialı üzrə “Təcrübəçi əməliyyatçı-xəzinədar” vəzifəsinə işəqəbul elan edir.

25 ildən artıq tarixə və zəngin təcrübəyə malik olan DəmirBank ölkədə aparıcı banklardan biri olmaqla Azərbaycanın əksər regionlarında öz müştərilərinə geniş çeşiddə bank xidmətləri göstərir və onların rifahı üçün çalışır. Bu məqsədləri həyata keçirmək yolunda yorulmadan səy göstərən 1000-dən artıq əməkdaşımız ilə fəxr edirik və Sizi də DəmirBank ailəsinə, onun mehriban kollektivinə və qaynar korporativ həyatına qoşulmağa dəvət edirik.

Vəzifə öhdəlikləri:

• Fiziki şəxs olan müştərilərə bank məhsul və xidmətlərinin təqdim etmək;

• Sürətli pul köçürmələri üzrə əməliyyatların rəsmiləşdirilməsi, əməliyyatların beynəlxalq ödəniş sistemində icra olunması, iş gününün sonunda ödəniş sistemi üzrə əməliyyat günü üzrə yekun hesabatları hazırlamaq;

• Kreditlər üzrə borcların, müəyyən olunmuş limit çərçivəsində müştərilərdən ödənişlərin nəğd qəbulu və balans proqramında yığımının həyata keçirilməsi;

• Cari, əmanət(depozit) hesabı açılması zamanı müraciət edən müştəriyə tələb olunan sənədlərin  siyahısını vermək, müştəridən hüquqi sənədlərin yoxlamaq və qəbul etmək;

• Əmanət kitabçasında yazılışları aparmaq;

• Hesablarında olan vəsaitin konvertasiya edilməsi üçün müştərilərdən sifarişləri qəbul etmək, yoxlamaq və icra etmək;

• Müştərilərə bank hesablarının açılmasını həyata keçirmək;

• Kredit və əmanət əməliyyatlarının tam  sənədləşməsini həyata keçirmək;

• Müştərilərə çarpaz satışların təqdim etmək.

Namizədə qarşı tələblər:

• Orta ixtisas və ya ali təhsil – İqtisadi və riyazi təhsili olanlara üstünlük verilir;

• Görkəmli zahiri görünüşə malik olmaq;

• Ünsiyyət və nitq qabiliyyətlərinə malik olmaq;

• Yaş həddi 19-30 arası;

• Kompyuter (ofis) proqramlarını yaxşı səviyyədə bilmək;

• Satışyönümlü istiqamətli olmaq;

• Azərbaycan dilini mükəmməl səviyyədə bilmək;

• Rus dili yaxşı səviyyədə bilmək;

• İngilis dilini bilənlərə üstünlük verilir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 16 noyabr 2017-ci il tarixinədək hr@demirbank.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Quba filialı üzrə təcrübəçi əməliyyatçı-xəzinədar” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır. Vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən keçiriləcəkdir.

Əlaqə vasitələri


E-poçt:  hr@demirbank.az