Əlaqə vasitələri
Telefon: 
(994 12) 444 71 30
E-poçt: 
info@demirbank.az
Ünvan: 
Qarabağ küç., 31
HÜQUQŞÜNAS TƏCRÜBƏ PROQRAMI


MƏHKƏMƏ OQRANLARI İLƏ İŞ ŞÖBƏSİNƏ – TƏCRÜBƏÇİ HÜQUQŞÜNAS

“DəmirBank” problemli aktivlərin idarə olunmasi və hüquqi tənzimlənməsi departamentinin məhkəmə orqanlari ilə iş şöbəsi üçün təcrübəçi vəzifəsinə işə qəbul elan edib. Ali hüquqi təhsilli, stres altında işləməyi və stres vəziyyətlərdə qərar qəbul etməyi bacaran namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi yanvar ayının  6-dır. 

Əsas vəzifə öhdəlikləri:

• Xəbərdarlıq məktublarının hazırlanması və göndərilməsi;
• Departamentə daxil olan sorğuların cavablandırılmasını təmin etmək məqsədi ilə muvafiq cavabların hazırlanması və Departament direktoruna təqdim edilməsi;
• Müvafiq məlumatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi;
• Departamentə daxil olan və Departamentən xaric olan sənədlərin qeydiyyatı;
• Struktur bölmələrlə (filiallar, departamentlər və s.) koordinasiyanın və sənəd dövriyyəsinin aparılması.

Namizədə dair tələblər:

• Ali hüquqi təhsil (magistr dərəcəsinin olması arzuolunandır);
• Azərbaycan dilini yaxşı səviyyədə bilməli (İngilis dilini bilənlərə üstünlük verilir);
• Stres altında işləməyi və stres vəziyyətlərdə qərar qəbul etməyi bacarmalı;
• Məsulliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
• Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək qabiliyyətinə malik olmalı;
• Məxfilik, diqqət, analiz etmək, ünsiyyət bacarığı, vaxtın idarə olunması, səbirlilik, komandada işləyə bilmək və baş verən hadisələrdə zamanında çevik və doğru qərar vermək kimi bacarıqlarının olması.

Göstərilən tələblərə cavab verən namizədlər 05 yanvar 2016-ci il tarixinədək öz CV lərini hr@demirbank.az elektron ünvanına göndərə bilərlər.Müraciət edilən vəzifənin adını email-in mövzu hissəsində “Məhkəmə oqranları ilə iş şöbəsinə – Təcrübəçi hüquqşünas,BUQELEMUN.COM” şəklində göstərməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Qarabağ küç., 31
Tel: (994 12) 444 71 30
Faks: (994 12) 496 09 77
E-mail: info@demirbank.az

Əlaqə vasitələri


Telefon:  (994 12) 444 71 30
E-poçt:  info@demirbank.az
Ünvan:  Qarabağ küç., 31