Əlaqə vasitələri
Telefon: 
(+994 55) 228-92-08
E-poçt: 
hr@dvc.az
DVC “TƏCRÜBƏ PROQRAMI”NA START VERDİ!


DVC “TƏCRÜBƏ PROQRAMI”NA START VERDİ!

“Təcrübə Proqramı” gənclərin könüllülük prinsipi əsasında təşkilatın fəaliyyətində iştirak edərək, əvəzolunmaz təcrübə əldə etmələrinə, həmçinin təşəbbüslərinin dəstəklənməsinə yaradılmış imkandır. Proqram vasitəsilə gənclər işgüzar həyatlarına ilk addımları atır, onları digərlərindən fərqləndirən, gələcəkdə uğurlu peşəkarlar kimi formalaşmalarında vacib olan təcrübi bilik, bacarıq və dəyərlər əldə edirlər.

Namizəd üçün meyarlar:
– Azərbaycan dilində səlis danışmaq və yazmaq bacarığı
– Verilmiş tapşırıqları dəqiq yerinə yetirməyə hazır
– Təşəbbüskar və məsuliyyətli
– Komandada işləmək bacarığı
– Kreativlik
– Xarici dil biliklərinə üstünlük verilir (ingilis dili, rus dili və s.)
– Kompüter biliklərinin olması
İş şəraiti haqqında məlumat:
– İş qrafiki:sərbəst (fərdi müzakirə olunur)
– Kompüterlərin, iş ləvazimatlarının və iş masalarının olması
– İclas, təlim və seminar otaqları ilə təmin olunması.
Maraqlanan şəxslər CV-ni 10 fevral 2016-ci il tarixinə qədər hr@dvc.az e-poçt ünvanına göndərə bilər.
Seçim 2 mərhələdən ibarətdir. Göndərilmiş CV formaları arasında uğurlu CV formaları seçiləcək və müsahibəyə dəvət olunacaq.

Qeyd edək ki, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi öz fəaliyyətinə Azərbaycanda 1998-ci ildən “Debat” təhsil proqramı kimi başlamışdır. İctimai Birlik kimi 2001-ci ildə təsis edilib, 2005-ci ilin yanvar ayında Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmışdır. “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin məqsədi müxtəlif xidmətlərin göstərilməsi və gənclərin təşəbbüslərinin dəstəklənməsi vasitəsi ilə cəmiyyətin maarifləndirilməsidir. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən təşkilat 2005 və 2007-ci illərdə ilin ən yaxşı gənclər təşkilatı kimi xüsusi diplomla təltif olunmuşdur və 2007 və 2011-ci illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəal gənclər ilə görüşündə iştirak etməyə layiq görülmüşdür.
Təşkilatımızın aparıcı və ən kütləvi proqramlarından biri olan “Milli Debat Proqramı” respublikanın 45 rayonunu və bütün böyük şəhərləri əhatə etməklə, 11 regional nümayəndəlik/mərkəzi özündə birləşdirir. Bu günə qədər Milli Debat Proqramı çərçivəsində həyata keçirilən tədbirlərdə 40.000-dən artıq gənc iştirak etmiş, maariflənmişdir.
Ünvan: Azərbaycan, AZ 1014, Bakı şəhəri, Süleyman Rüstəm küç. 15H
Telefon: (+994 12) 497-03-46, (+994 12) 497-08-46
Əlaqələndirici şəxs: DVC Proqramının Eksperti – Mustafayev Ələkbər | (+994 55) 228-92-08

Əlaqə vasitələri


Telefon:  (+994 55) 228-92-08
E-poçt:  hr@dvc.az