AZERCELL TƏLƏBƏ TƏCRÜBƏ PROQRAMI 2016


AZERCELL TƏLƏBƏ TƏCRÜBƏ PROQRAMI 2016/TEXNOLOGİYALAR DEPARTAMENTİ (MƏLUMAT XİDMƏTLƏRİ BÖLÜMÜ)

  • Məlumat Xidmətləri Bölümü
    Məlumat Xidmətləri Bölümü Texnologiyalar departamentinin daxilində fəaliyyət göstərir. Bölümün əməkdaşları müxtəlif Məntiqi məlumat modellərinin, Dimensional Modellərin, Star Schemaların yaradılması və onlara nəzarət, verilənlər bazası strukturunun yaradılması və nəzarəti, PL/SQL obyektlərin yaradılması, nəzarəti, və s. işlərə cavabdehdir.

    Əsas Öhdəliklər:

  • Datawarehouse sisteminə daşınan məlumatların düzgünlüyünün yoxlanılması
  • Migration testlərinin aparılması
  • Hesabatların düzgün işləməsinin yoxlanılması
  • Şikayətlərin araşdırılması
  • Big data ilə bağlı texnologiyaların araşdırılması

 

Son Tarix: 23.12.2015

Qeydiyyat

Sizin müraciətinizin qəbulu və dəyərləndirilməsi


Xahiş edirik ərizənizi səhifənin sağ tərəfində qeyd olunan tarixdən gec olmayaraq göndərəsiniz.
Siz bu veb səhifədə artıq qeydiyyatdan keçmisinizsə və ya hər hansı vakansiyaya müraciət etmisinizsə, yenidən qeydiyyatdan keçməyə ehtiyac yoxdur. Səhifənin aşağısındakı və sağ tərəfindəki “Ərizəni göndər” linkini tıklayaraq, daha əvvəl yaratdığınız istifadəçi adı və parolu daxil edin.
Seçim prosesi ərizələrin qəbulu üçün son tarixdən öncə başlaya bilər.

Təcrübəçinin bələdçisi:

Ramin Orucov

Qeyd:

Təcrübəçi təcrübə proqramında hesabatların hazırlanması, SQL və PL/SQL proqramlaşdırma üzrə biliklər və təcrübə qazanacaq Təcrübəçi Azercellin datawarehouse, reporting sistemi ilə birbaşa işləmək imkanı əldə edəcək İş qrafiki: Bazar ertəsi-Cümə, 09:00-18:00 (həftənin günləri və saatları daha sonra razılaşdırıla bilər) İş yeri: Azercellin baş ofisi (Azercell Plaza) Təcrübənin müddəti: 1-3 ay

Tələb olunan yetkinliklər

Analitik qabiliyyət Yaradıcı düşüncə. Problem həlletmə. Çeviklik və tez uyğunlaşma bacarığı

 Tələb Olunan Bilik, Bacarıq və İş Təcrübəsi

Ali təhsil ocaqlarının bakalavr pilləsinin 3-4-cu kurs və magistratura tələbələri (Kompüter mühəndisliyi, Tətbiqi Riyaziyyat və oxşar sahələrdə təhsili olanlara üstünlük verilir) Verilənlər bazası anlayışları, modelləşdirmə, SQL və PL/SQL proqramlaşdırma bacarıqları Proqramlaşdırma üzrə hər hansı biliklər(Java, C#, C++, Python və s.) Dil bilikləri: Azərbaycan dili – yaxşı, İnglis və rus dili – orta səviyyədə (intermediate/upper intermediate)