Socar vakansiya - 1407 AZN


İR DEPARTAMENTİNİN KARYERA PLANLAMA VƏ PERSONALLA ƏLAQƏLƏR ŞÖBƏSİNDƏ KADRLAR ÜZRƏ MÜTƏXƏSSİS VAKANSİYASI

SOCAR-ın Baş ofisinin İnsan Resursları Departamentinin Karyera planlama və personalla əlaqələr şöbəsində kadrlar üzrə mütəxəssis vakansiyası üzrə namizəd axtarılır.

Tələblər: – Sahə üzrə 2 il iş təcrübəsi;

– Sahə üzrə ali təhsil;

Əmək haqqı və digər imtiyazlar:

– Əmək haqqı – 1407 AZN (vergi və digər ödənişlər daxil olmaqla);

– Tibbi sığorta təminatı; – İş yerinə çatdırılma təminatı;

– Nahar iş yeri tərəfindən təmin olunur.

Vəzifə funksiyaları:

• Karyeranın İdarə Edilməsi Sistemi (KİES) və Xidməti Fəaliyyətin Qiymətləndirilməsi (XFQ) ilə bağlı fəaliyyətlərin həyata keçirilməsi;

• Komanda və fərdi hədəflərin qoyulması proseslərinin təşkilinin və icrasının təmin edilməsi; • Əsas səmərəlilik göstəricilərinin müəyyən edilməsi və qiymətləndirilməsi ilə bağlı işlərin həyata keçirilməsi;

• Səriştəlilik əsaslı qiymətləndirmə proseslərinin həyata keçirilməsi;

• Yüksək əhəmiyyətli və çox yüksək əhəmiyyətli vəzifələrin müəyyən edilməsi;

• Davamçıların planlaşdırılması ilə bağlı işlərin həyata keçirilməsi;

• Fərdi İnkişaf Planlarının formalaşdırılması üzrə işlərin həyata keçirilməsi. Daha ətraflı məlumat və müraciət üçün https://careers.socar.az saytına daxil ola bilərsiniz