Bu şirkət haqqında məlumat
Milli Yaylaq Festivalı‎ 2019!


MİLLİ YAYLAQ FESTİVALI
Gədəbəy 2019


May-iyun ayları ərzində Gədəbəy rayonunun Miskinli yaylağının ərazisində orijinal üslübda “Yaylaq Yurdu” adlı etno-qəsəbənin yaradılacağı nəzərdə tutulub.
Etno-qəsəbənin ərazisində yaşayış yurdları(alaçıqlar) ilə yanaşı Cıdır Meydanı, “Yaylaq(k/t) bazarı”, “Sənətkarlıq güşəsi”, “Dədə Qorqud ocağı”(tamaşalar üçün səhnə), “Yaylaq yatağı”(k/t heyvanları üçün yerlər), “Pəhləvan meydanı”(yarış sahəsi), “Aşıq Ələsgər ocağı”, “Yaylaq süfrəsi”(yaylaq kulinariyası) və digər tematik sahələr yaradılacaq.

Yaradılmış etno-qəsəbənin iyul-avqust ayları ərzində turistlər və qonaqlar üçün fəaliyyət göstərəcəyi nəzərdə tutulub.

İyul ayının son həftəsonu, 26-28 iyul tarixlərində etno-qəsəbənin ərazisində 3 gün ərzində genişmiqyaslı el şənliyi (etnoqrafik-mədəni-idman tədbiri) düzənlənəcək.

Milli Yaylaq Festivalı şərti olaraq üç hissədən ibarət olacaq:
A) Mədəni-etnoqrafik hissə;
B) Milli Yaylaq (idman) Oyunları
C) Eko-etnoturizm

A) Mədəni-etnoqrafik hissə:
1. Aşıqların deyişməsi,
2. Milli rəqslər (yallılar, cəngilər)
3. Xalq mahnıları,
4. Səhnələr, tamaşalar;
5. Əski xalq oyunları(dirədöymə, çilingağac, əzəldəyməz, müçük, aşıq-aşıq, molla-mindi)
6. Yaylaq kulinariya nümunələri(odun üzərində bişən xörəklər: dovğa, çoban buğlaması, sac üstü kətələr, kəbablar və s)
7. Tətbiqi sənət nümunələri nümayişi və satış-sərgisi (səbətlər, həsir, suvenirlər, yəhər, qantarğa və s.)
8. Qoçların, qurbasarların(çoban itlərinin) və yerli yorğa atların sərgi-müsabiqəsi
9. Yaylaq və spesifik k/t malları yarmarkası (herbal aptek(dağların müalicəvi bitkiləri), yun, keçə, bal, süd məhsulları(motal və digər pendir növləri, ət)
10.Festival müddətində ölkəmizdə tolerantlıq və multikulturalizmin əyani nümayişi olaraq Azərbaycanda yaşayan müxtəlif etnik qrupların(avarlar, molokanlar, talışlar, yəhudilər, ləzgilər və s.) nümayəndələrinin mədəni proqramları və nümunəvi çıxışları

B) Milli Yaylaq Oyunları

“Yaylaq (İdman) Oyunları” şərti adı altında qədim kökə söykənən yorğa at yarışları, atüstü oyunlar və milli idman növləri üzrə yarışmalar və nümunəvi çıxışlar təşkil olunacaq:

1. Yorğa at yarışları (Müxtəlif məsafələr və kateqoriyalarda)
2. Milli güləş yarışı
3. Çaparaq at yarışları
4. Çoban güləşi(Kəmər güləşi)
Nümunəvi çıxışlar:
5. Atlar üzərində igidlik("cigitovka")
6. Atüstü milli oyunlar: "Çövkən”, “Baharbənd", "Sürpapaq", "Piyalə", “Ər endir(atüstü güləş), "Gərdək qaçırmaq"
7. Zorxana
8. Kəndirbazlıq
9. Ox atma

Qonaqlar və turislər arasında kütləvi oyun-yarışmalar:
1. Masa (ağac çəkmə) güləşi
2. Arkan(kəndir) dartma
3. Nərd yarışı
4. Çuval-qaçdı


C) Eko-etnoturizm
1. Turistlər üçün xüsusi etno-qəsəbədə köhnə ənənəvi üslubda düzəldilmiş yurdlarda, dəyələrdə qalmaq imkanı.
2. “Yaylaqda 1 gün”- Turistlər üçün şərti olaraq XVIII əsrin ənənəvi yaylağına “səyahət”.
Etnoqrafik eko-qəsəbədə 1 gün yaşamaq, eyni həyat tərzi sürmək(inək və ya qoyun(keçi) otarmaq, onları sağmaq, ot biçmək(taya düzəltmək), atlara qulluq etmək, nəhrə çalmaq, tətbiqi sənətlə məşğul olmaq, milli kulinariya nümunələri bişirmək və qidalanmaq, dəyədə gecələmək və s.)
3. Bölgənin məşhur yerlərinə- Koroğlu qalasına, Mahrasa məbədinə, Qız qalasına və digər məkanlara turlar(hiking)
4. Müxtəlif maraqlı yerlərə atlı gəzintilər, səyahətlər
5. ”Alman izləri” adlı xüsusi ekskursiyalar
6. Qərb regionun müxtəlif tarixi yerlərinə və gəzməli məkanlarına ekskursiyalar və turlar.

Buhaqqında məlumat