Bu şirkət haqqında məlumat
Əlaqə vasitələri
Telefon: 
051 745 36 37
Ünvan: 
93 Zarifa Aliyeva Baku, Azerbaijan
Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi GMD-KÖNÜLLÜSÜ olmağa çağırır!


Əziz gənclər!

Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi 
könüllü olmaq,ictimai sektorda aktiv gəncə çevrilmək,təşkilatımızın layihələrində bizlərə köməklik göstərərək həm dost çevrəsi həm də iş təcrübəsi qazanmaq istəyən hər bir gənci GMD-KÖNÜLLÜSÜ olmağa çağırır!

Dostlar,bu gün bütün dünyada müxtəlif sahələr üzrə könüllü şəkildə fəaliyyət göstərən milyonlarla insan var.Könüllülük sadəcə asudə vaxtı səmərəli keçirmək və başqalarına faydalı olan işlərə köməklik göstərmək deyil.Könüllülük eyni zamanda sizlər üçün uğurlu bir karyeranın başlanğıcıdır.
Tələbəlik illərinizdə könüllülük edərək qazanacağınız təcrübə sizlərə gələcəkdə arzusunda olduğunuz işləri asanlıqla tapmaqda və sosial aktiv gənc kimi formalaşmaqda köməklik göstərəcəkdir.

Könüllü komandamıza qoşularaq sizlər:

-Yeni dostluqlar və tanışlıqlar qazana bilərsiniz.
-Fəqrli sahələrdə iş təcrübəsi əldə edə bilərsiniz.
-Gənclər sektorunda baş verən yeniliklərdən xəbərdar ola bilərsiniz.
-Təlim və seminarlarımızda ödənişsiz olaraq iştirak edə bilərsiniz.
-Asudə vaxtınızı səmərəli keçirərək təşkilatla birgə faydalı işlər görə bilərsiniz.

GMD-Könüllüsü olmaq üçün facebook və whatsapp qruplarımıza qoşula bilərsiniz.
https://www.facebook.com/groups/682234858871087/

https://chat.whatsapp.com/KuG9kuRxCGx1QllPTXZ7iz

Buhaqqında məlumat

Əlaqə vasitələri


Telefon:  051 745 36 37
Ünvan:  93 Zarifa Aliyeva Baku, Azerbaijan