Bu şirkət haqqında məlumat
Yay Təqaüd Müsabiqəsi


“Buqelemun Bankinq Təqaüd Müsabiqəsi I” Sizə biliyinizi yoxlayaraq 3 aylıq tətil boyunca təqaüd alma şansı tanıyır.

Əgər bankçılığa marağınız varsa və bu sahədə biliyinizə güvənirsinizsə, bu yarışma sizin üçündür.
İyun ayında baş tutacaq olan yarışmanın strukturu aşağıdakı kimidir:

-Yarışma 3 hissədən ibarətdir;
– İştirakçılar 3-cü hissəyədək proqramdan tərk olunmayacaqlar;
– I hissə məntiqinizi;
– II issə Bankçılıqla bağlı nəzəri biliklərinizi;
– III hissə Bankçılıqla bağlı riyazi biliklərinizi ölçəcək.

Ümumi nəticələr toplanacaq və qalib təyin olunacaq. İlk yerin sahibi YAY TƏQAÜDÜ, dəyərli hədiyyələr və populyar kursların endirimləri ilə təmin olunacaq.
Digər 10 (I-X) yerlərin sahibləri isə kursların endirimlərindən və dəyərli mükafatlardan qazanacaqlar.
İlk 10 yerin sahibinə sertifikatlar təqdim olunacaq.

Əgər sizdə qalib olmaq və yayda doyunca səyahət etmək üçün TƏQAÜD uğrunda mübarizə aparmaq istəyirsinizsə 3 sualı əhatə edən kiçik formu oldurun.

https://goo.gl/RtQVvs

# Qeydiyyat linki, yarışmanın vaxtı, təqaüdün miqdarı, hədiyyələrin növü və daha ətraflı məlumat sizin mailinizə yaxın zamanda göndəriləcək.

Hörmətlə “Buqelemun Team”

 

buqelemun.com | Sizin təhsil şəbəkəniz

QeydYazı kopyalanarkən www.buqelemun.com -a istinad olunmalıdır

Buhaqqında məlumat