Şüuraltı Sehrbazları


Şüuraltı Sehrbazları

“İnsan azad doğulur, lakin hər yerdə zəncirə vurulmuşdur.” (c)

Müasir dövrdə kütləni əldə saxlamaq, insanları idarə etmək üçün bir çox vasitələrdən istifadə olunur. İstifadə olunan ən geniş psixoloji vasitələrdən biri də manipulyasiyadır.

-Həqiqətənmi bütün qərarlarımızı sərbəst şəkildə özümüz təyin edirik?
-Manipulyasiya, yəni kimsə tərəfindən idarə oluna bilərikmi?
-Kimsə bizdən bir şey istədikdə yox deyə bilmirik və bunun səbəbi qarşı tərəfin sizdə yaratdığı günahkarlıq və ya qorxu duyğusudur?

Bu kimi suallara cavab tapmaq istəyirisinizsə, “Şüuraltı Sehrbazları” təlimi tam sizin üçündür. Təlimdən əldə edəcəkləriniz:
1) Şüur və Şüuraltı anlayışları
2) Gündəlik həyatda istifadə olunan manipulyasiya texnikaları
3) Siyasətdə istifadə olunan manipulyasiya texnikaları
4) Rənglərin şüuraltında yaratdığı psixoloji təsirlər

Təlimçi barədə:
Kamran Abdullayev – Dövlət İdarəçilik Akademiyasında “Beynəlxalq münasibətlər” ixtisası üzrə bakalavr təhsili almış, hal-hazırda isə Bakı Ali Neft Məktəbinin “Biznesin Təşkili və İdarə edilməsi” ixtisasının magistratura pilləsində təhsilini davam etdirməkdədir. Təlimçi kimi “Liderlik”, “Natiqlik”, “Hədəflərin təyin olunması”, “Ünsiyyətin qurulması” və s. mövzularda 40-dan artıq təlimin, həmçinin “Danışan kitab”, “B.İ.L” layihələrinin müəllifidir.

Qeydiyyat linki 
https://goo.gl/LVFk5r