Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulu işdən çıxarıldı – Son dəqiqə


bu barədə xəbəri “Reuters” xəbər agentliyi “Son dəqiqə” başlığı ilə paylaşıb. Xəbəri Səudiyyə Ərəbistanının “Sabq” qəzetinə istinad edən “Reuters”in xəbərinə görə, ötən gün ölkəsinə geri dönən İstanbul baş konsulu Məhəmməd əl Uteybi barədə istintaq başladılıb.

Qeyd edək ki, səudiyyəli jurnalist Camal Kaşıkçı 2 oktyabrda sənəd işləri üçün Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğuna gedib, daha sonra itkin düşüb.

Təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, Kaşıkçının 2 oktyabrda sənəd işləri üçün getdiyi Baş konsulluqdan bir daha çıxmadığı müəyyən edilib, baş konsulluq binasında həmin saatlar iki təyyarə ilə İstanbula gələn, aralarında səlahiyyətli şəxslərin də olduğu 15 Səudiyyə vətəndaşı daha sonra gəldikləri ölkəyə geri dönüblər.