Bu şirkət haqqında məlumat
Əlaqə vasitələri
Telefon: 
+994 12 4803132
Email: 
hr@innes.az
Ünvan: 
44A Xan Şuşinski
SATIŞ NÜMAYƏNDƏSİ VAKANSİYASI


SATIŞ NÜMAYƏNDƏSİ VAKANSİYASI

 

INNES MMC innovativ həllər və məhsul satışını həyata keçirən mühəndislik şirkətidir. Müəssisəmiz izolyasiya və fiber-kompozit təmir texnologiyaları və professional sənaye təmizlik xidmətləri üzrə ixtisaslaşmışdır.

Öz karyerasında innovasiya və korporativ mühitə üstünlük verən xanım namizədləri işə qəbul musahibələrinə dəvət edirik.

SATIŞ NÜMAYƏNDƏSİ
Namizədə olan tələblər:
• Satış sahəsində təcrübəsi və inandırma qabiliyyəti
• Güclü ünsiyyət qurma və danışıq qabiliyyəti
• Müştərilərə məhsulu lazımınca təqdim etmək qabiliyyəti
• Gərgin iş rejimində çalışma qabiliyyəti
• MS Office proqramlarını yaxşı bilməli
• HoReCa sahəsində təcrübəsi və müştəri bazası olan namizədlərə üstünlük verilir.

Vəzifə öhdəlikləri:
• Şirkət məhsullarının satışını təşkil etmək
• Yeni və potensial müştəriləri müəyyənləşdirmək və işgüzar əlaqələr yaratmaq
• Şirkətin məhsullarını müştərilərə yüksək səviyyədə təqdim etmək
• Vaxtaşırı keçirilən kampaniyalarla müştəriləri tanış etmək
• Daxil olan istəkləri və tələbləri dəyərləndirərək müştərilərlə əlaqə qurmaq və işi nəticələndirmək
• Cari sifarişləri nəzarətdə saxlamaq
• Aidiyyatı hesabatları hazırlayıb rəhbərliyə təqdim etmək

Əlavə məlumatlar:
• Əmək haqqı namizədlərin təcrübə və müştəri bazasına uyğun olaraq müəyyən olunacaqdır
• 6 günlük iş həftəsi

Göstərilən tələblərə cavab verən yalnız xanım namizədlər öz CV-lərini hr@innes.az elektron ünvanına göndərə bilər.

* Mövzu hissəsində “Satış nümayəndəsi BUQELEMUN.COM” qeyd edilməsi xahiş olunur.

Buhaqqında məlumat

Əlaqə vasitələri


Telefon:  +994 12 4803132
Email:  hr@innes.az
Ünvan:  44A Xan Şuşinski