Bu şirkət haqqında məlumat
Müştəri Məmnuniyyətinin Təmin Edilməsi


Müştəri Məmnuniyyətinin Təmin Edilməsi

Müştərilərinizin nəzərində sizin xidmətin keyfiyyət və dəyərini bilirsinizmi? Müştəri xidmətlərinizin bütün aspektlərini necə nəzərdən keçirirsiniz və dərhal hərəkət tələb edən sadə qüsurları necə görürsünüz? Eyni xidməti təklif edən digər rəqiblərinizdən hansı üstünlükləriniz ilə fərqlənirsiniz?

“Müştəri məmnuniyyətinin təmin edilməsi” təlimləri sayəsində işçilər öz bacarıqlarını artırır və ya yenilərini əldə edirlər. Yeni bacarıqlarla bir araya gələn motivasiyanın artması və qarşılıqlı əlaqəsi şirkətdə təkmilləşdirilmiş müştəri xidmətləri yaradır.
Effektiv təlim proqramı vasitəsilə müştəri xidməti nümayəndələri məsələləri daha operativ həll edə və şikayətlərin, geri çağırışların sayını azalda bilərlər.

Bir tənlik kimi düşünün: effektiv müştəri xidmətləri + artan müştəri məmnuniyyəti + artan müştəri sadiqliyi = mənfəətdə artım

Təlimin məqsədi:
– Müştəri ilə işin təşkilində təcrübənin artırılması
– Müştəri ilə münasibətlərin idarə olunması; informasiyanı dəqiq və səlis çatdırmaq
– Müştəri ilə telefon vasitəsi ilə düzgün danışıq
– Müştəri ilə danışıq prosesinin sürətləndirilməsi (vaxta qənaət)
– Müştərini dinləmək və izah etmək bacarıqları
– Hər bir müştəri tipi ilə danışıq aparmaq bacarığı
– Etiraz və şikayətlər ilə işin təşkili və s.

Təlimin tarixi: 09 İyun 2018-ci il

Təlimin müddəti: 10:00 -17:00

Təlimçi haqqında:

Maliyyə Bazarı üzrə Təlim və Maarifləndirmə Mərkəzininin Direktoru, Dövlət İdarəçilik Akademiyasının İnsan Resurslarının İdarə Edilməsi və Dövlət Qulluğu fənləri üzrə müəllimi, təlim sahəsində 10 il təcrübəyə malik, Anar Həsənov

Təlim ödənişlidir və ödənişə daxildir:
-Təlim materailları
– Coffe-break
– Sertifikat

Təlimdə qeydiyyatdan keçmək üçün: https://docs.google.com/…/1FAIpQLScJNScgDcSrrsqJ-…/viewform…

Əlavə məlumat almaq üçün (+994) 55 323 87 99 əlaqə saxlaya və ya səhifəmizin mesaj bölməsinə yaza bilərsiniz.

 

buqelemun.com | Sizin təhsil şəbəkəniz

QeydYazı kopyalanarkən www.buqelemun.com -a istinad olunmalıdır

Buhaqqında məlumat