Bu şirkət haqqında məlumat
İctimai sektor işləri üzrə 7 məsləhət


   Nelson Mandela dediyi kimi “Dünyanı dəyişmək üçün istifadə edə biləcəyiniz ən güclü silahınız savadınızdır.”

 

Bununla o, ictimai sektor işçilərinin karyeralarını nəzərdə tuturdu. İctimai xidmət işləri çox qəliz məsələlərdir və ali təhsil tələb edir.Öz fərdi ehtiyaclarınız üçün ən yaxşı kollec və ya universitet tapmaqdan ötrü inkişaf strategiyası yaratmağa görə bu məsləhətləri oxuyun.

Karyeranızda uğur üçün əlinizi daşın altına qoyun

Şeresiya Cons məktəblər və təşkilatlar üçün bir sıra yaradıcı strategiyalar və təhsil proqramları tərtib etmişdir.O söylədi: “İlk və önəmlisi pedaqoqlar son dərəcə tərbiyəvi şəxsiyyətlər olmalıdırlar…İnsan Resursları Departamentinin üzvlərinə qarşı təkbaşına bütün məsuliyyəti öz üzərlərinə götürməkdən çəkinməlidirlər.”

Bu məsləhət təkcə pedaqoqlara aid deyil. Təhsilinizlə bağlı hər şeydə idarəni mütləq əlinizə alın.

Qanunlardan xəbərdar olun və qeyri-kommersiya təşkilatlarına qoşulun

2015-ci ilin fevral ayında Prezident Obama Amerika Kollec Əhdi adlı qanunu yaratdı. Bu qanuna görə kolleclər 10 il ərzində 79.735 milyard dollara başa gələn ödənişsiz təhsil vəd edirlər. Bu qanundan orta məktəbi bitirib də təhsilinə dərhal davam etməyən şagirdlər yararlana bilərlər.

Ən trend və ən reytinqli kollecləri araşdırın

2018-ci ilin ən məşhur kolleci hansıdır? Sevdiyiniz kollecin reytinqi nədir? Öz bilik və bacarıqlarınızı, seçdiyiniz peşəyə həvəsinizin olub-olmaması kimi detalları nəzərdən keçirin.

Sənaye təşəbbüskarlarını gözdən keçirin

1890-cı ildə Tomas Foster Kolleri Mədən Məktəbinin əsasını qoymuşdu.Bu təşkilat  128 ildir ki, işləyən insanlara orta məktəb diplomu və kollec dərəcələrini almaq üçün yardım edir.

Aşvors Kolleci elmi təşkilat olaraq 1987-ci ildə fəaliyyətinə başlamışdı.Bu kollec mühasibatlıq,vergi hazırlanması və əczaçılıq sertifikatları üçün təlimin mövcud olduğu bakalavr və magistr dərəcələri imkanı yaradır.

Yenilikçiləri unutmayın

Şay Rişef müəssisə sahibi, xeyriyyəçi və yenilikçi qüvvədir. UoPeople Universitetinin “Dünyanın ilk qeyri-kommersiya, pulsuz akkreditə olunmuş online universiteti”nin banisi və prezidenti kimi ənənəvi biznes modelini yerli-dibli yox etmiş və yenisi ilə əvəz etmişdir. Onun missiyası maliyyə məhdudiyyətləri üzündən təhsil ala bilməyən tələbə qalmaması idi. O, tələbələrə 1 milyon dollarlıq təqaüdlü təhsil proqramı yaratmışdı.

Başqalarına kömək edərək kollecdə hörmət qazanın

LearningCounts CAEL tərəfindən yaradılmış təşəbbüskarlıqdır. Tələbələr Prior Learning Assessment (Biliyi İlk Qiymətləndirmə) proqramı vasitəsilə portfel yarada bilərlər. Bu proqramın bir sıra qaydaları mövcuddur və tələbələr sinifdən kənar şəkildə təqaüdlü kollec təhsili əldə edə bilərlər. Seçim qaydalarına könüllülük, hərbi təlim və iş təcrübəsi daxildir.

Birbaşa yol təyin edin

StraighterLine elmi bir şirkətdir, online kurslar təşkil edir və Devry, Phoenix Universiteti, Strayer və bunun kimi 90 başqa akkreditə olunmuş kollec və kurslara girmək üçün tələbələrinə zəmanət verir. İldə demək olar ki, 20000 tələbə burada qeydiyyatdan keçir və ayda 99 dollar ödəniş edir.

Bir sıra online kollec kursları insanı heyrətləndirir.Bununla yanaşı müxtəlif öyrətmə fəlsəfəsi və təlim metodları bizə ucuz qiymətə çoxlu seçimlər təklif edir. Araşdırmaya davam edin. Sonra isə özünüzə uyğun ictimai xidmət işləri olan kollecinizi seçin.

Əlavə olaraq qeyd etmək istərdim ki, Azərbaycanda British Council təşkilatı peşə təhsil layihəsi çərçivəsində tələbələrini karyerada uğur əldə etmələri üçün hazırlayır.

 

 

buqelemun.com | Sizin təhsil şəbəkəniz

QeydYazı kopyalanarkən www.buqelemun.com -a istinad olunmalıdır

 

Buhaqqında məlumat