Əgər süni intellekt bizi işdə əvəz edəcəksə, onda müəyyən vaxt sonra o, bizi evdə də əvəz etmək istəməzmi?


Robotlar və texnologiya dünya iqtisadiyyatını və həyatımızı necə dəyişəcək?

Texnologiya o qədər sürətlə inkişaf edir ki hər gün həyatımıza fərqli nöqtədə təmas edir. Bəs bu nə qədər yaxşıdır, heç düşünmüsünüz? Texnologiyanın sürətlə inkişaf etməsi insan həyatını asanlaşdırmaqla bərabər, birçox dəyişikliklərə də səbəb olur. Keçmişdə uzun vaxta reallaşdırdığımız işləri indi bir neçə dəqiqəyə həll edir, çox asanlıqla məlumat əldə edə bilirik. İnkişaf edən texnologiya ilə birlikdə birçox işimizi cihazlara gördürməyə başlamışıq. Daha doğrusu biz texnologiyadan vasitə kimi istifadə etmək əvəzinə, həyatımıza texnologiyaya görə yön veririk. Əlbəttə ki, texnologiyanın faydalarını göz ardı etmək olmaz. Texnologiyanın yaradılması və istifadəsinin insan həyatına müsbət və mənfi birçox təsirləri olub. Texnologiyanın istifadəsinin işi asanlaşdırmaq, ucuzlaşdırmaq və sürətləndirmək kimi faydaları vardır. Artıq hər növbəti istehsalda məhsulların əvvəlki məhsullarla nisbətdə funksiyaları daha da çoxalır, məsələn: mobil telefonların ilk istehsal olunduğu illərdəki versiyası ilə hazırki telefonlar eyni funksiyalara sahib deyillər. Digər məhsullar üçün də eyni fikri söyləmək olar. Getdikcə əldə edilən yeni bilgilər əvvəlki texnologiyalara tətbiq olunaraq yeni texnologiyalara dönüştürülür və beləliklə istehsalçılar davamlı innovativ məhsul gözləyişlərini qarşılayarkən sahibkarlar da rəqabət üstünlüyü əldə edirlər. Texnologiyanın və xüsusilədə bilgi texnologiyalarının inkişaf etməsi dünyanı düz hala gətirib. Qloballaşmanı ortaya çıxran və sürətləndirən anlayışlar arasında “texnologiya” və “bilgi” anlayışları önəmli yerə malikdir. Texnologiya interneti, internetin geniş yayılması isə qloballaşmanı sürətləndirmiş və beləcə dünya balaca bir kənd halına gəlmişdir. 24 saat çalışan maliyyə və birja əməliyyatları edilməyə başlanmışdır. Bu vaxt ərzində istehlakçı dünyanın hər yerindən xəbərdar hala gəlib. Artıq dünyanın harasında istehsal olunursa olunsun istehsal olunan məhsuldan istehlakçı xəbərdar ola bilər. Nəticə olaraq istehlakçıların bilgi səviyyəsi artdığı üçün bəyənmək və razı qalmaq səviyyəsi də paralel olaraq artıbdır. Artıq istehlakçıları razı salmaq olduqca çətinləşib. Bu vəziyyət istehsalçıları davamlı yeni məhsul istehsal etmək və innovativ davranmağa məcbur edir.Günümüzdə cəmiyyətin inkişaf etməsi texnologiyadan istifadə nisbətləri və texnologiya vasitəsilə istehsal olunmuş məhsulların istehlak nisbəti ilə ölçülür. Lakin nə texnologiya, nə də texnologiya vasitəsi ilə istehsal olunan məhsulların çox istehlak olunması daha çox xoşbəxtlik gətirir demək deyil. Robotlar, günümüzdə Yapon texnologiyası ilə ön plana çıxır. Avtomatk işləyən köməkçi maşınların yaradılması arzuları insanlarda hələ antik dövrdən baş qaldırmışdır. Misal olaraq antik yunan filosoflarından Aristotelin “Əgər bütün ağaclar əmrlə və ya öz-özlərinə işləyə bilsəydilər işçilərə və ya qullara ehtiyac qalmazdı” sözlərini göstərmək olar.Robot sözü ilk dəfə çexiya yazıçısı Yozef Karel Çapek tərəfindən yazılmış elmi fantastik əsərdə işlənmişdir. Çapek "Rosum universal robotları" adlı teatr səhnəsində süni yetişdirilmiş, insana oxşar olan bir işçini təsvir etmişdi. Süni intellektin inkişaf etməsi də robotların istehsalını sürətləndirmişdir.İnsansı robotların geniş yayılması, süni intellekt üzərində görülən işlərin sayəsində olub. Süni intellektin tətbiqində elm və mühəndislikdən geniş şəkildə istifadə olunur. Bu sahə insanın sahib olduğu ən dəyərli mülkiyyəti olan intellektin maşınlar tərəfindən dəqiq şəkildə simulyasiya olunması məqsədilə yaradılıb və inkişaf etdirilib. Süni intellekt yaradıldığı gündən bəri müxtəlif optimist və
pessimist fikirlərlə qarşılaşsa da, bu gün texnologiyanın inkişafında o vacib yer tutur. Məşhur nəzəriyyəçi fizik Stiven Hokinq hesab edir di ki, Yudkovskinin bəhs etdiyi mükəmməl süni intellekt «insan irqinin sonunu gətirə bilər». Mask və məsələ ilə məşğul olan bir neçə böyük alim də eyni fikirdədirlər. Hər kəsi bir məsələ narahat edir: «Əgər süni intellekt bizi işdə əvəz edəcəksə, onda müəyyən vaxt sonra o, bizi evdə də əvəz etmək istəməzmi?».
Yaponiya, istehsalatın avtomatlaşdırılması baxımından dünyanın lider ölkələrindən biridir. Buna baxmayaraq o, robotların, insanların işlərini əllərindən alacaqlarından qorxmur. Doğum sayı krizisinin olması, bu ölkədə işçi qüvvəsinin çatışmazlığına gətirib çıxartdı. Bundan əlavə olaraq sözügedən ölkədə əgər işçinin bacarıqları köhnəlibsə, onu işdən azad etmək üsulu tətbiq olunmur. Əksinə həmin işçiyə yeni peşənin öyrənilməsi imkanı verilir. Tokioya yaxın yerləşən Nara adlı şəhər, avtomatlaşdırma sisteminin bariz nümunəsidir. Bu şəhərdə yerləşən Asahi Breweries adlı zavodda gün ərzində minlərlə dəmir qablar, pivə ilə doldurulur və 6 dəmir qab olmaqla qutulara yerləşdirilir. Bütün bu proses çox sürətli şəkildə (dəqiqədə 1500 pivə qabı) baş verir. Zavodda çalışan insanların əsas öhdəliyi isə həmin prosesi reallaşdıran robotların işlərində nazaslıqların yaranmamasını təmin etməkdir.Avtomatlaşdırma sisteminin, insanlardan onların iş yerlərini alacaqları qorxusu Yaponiyada aktual deyil. Doğuş sayının bu ölkədə aşağı düşməsi, əksinə digər qorxunun yaranmasına gətirib çıxartdı. Söhbət, işçi qüvvəsinin çatışmazlığından gedir. Bundan əlavə olaraq bu ölkədə robotları, iqtisadiyyatın son ümidi adlandırırlar. Yaponiyada avtomatlaşdırma sisteminə təsir edən faktorlardan biri də ömürlük məşğuliyyət özəlliyidir. Belə ki, böyük yapon şirkətləri bir qayda olaraq bilik və bacarıqlarının köhnəlməsi səbəbilə öz əməkdaşlarını işlərindən azad etmirlər. Əksinə həmin əməkdaşlar digər peşələrə sahib olmaq üzrə təlim prosesindən keçirlər. Tədqiqat nəticəsində məlum olub ki, əmək bazarındakı dünya tendensiyaları, Yaponiyaya təsir etməyib.Bu ölkədə insanları, robotlar ilə əvəz etmək üçün onların sərt şəkildə işə cəlb olunmaları üsuluna baş vurulmur. Əksinə, insanlar və robotlar arasındakı harmoniyanın yaradılmasına cəhd edilir. Bununla yanaşı elə iş yerləri olur ki, oralarda robotlar vasitəsilə effektiv iş görülməsinə nail olunacağı bilindiyi halda, insanlar həmin iş yerlərində çalışmağa davam edirlər. Bundan əlavə olaraq Yaponiyada düşünürlər ki, bəzi tapşırıqlar, robotlardan fərqli olaraq insanlar tərəfindən daha yaxşı yerinə yetirilə bilərlər. Buna baxmayaraq Yaponiyada avtomatlaşdırma sistemi sürətlə inkişaf etməkdə davam edir və bu baxımdan o, dünyanın lider ölkələrindən biridir. Analitiklərin proqnozlarına əsasən 2030-cu ilə kimi süni intellekt və robotexnika, 5 milyon yeni iş yerlərinin yaradılması ilə yanaşı həmçinin 7.4 milyon iş yerlərinin ləğv olunmasına gətirib çıxardacaq. Birçox əməliyyatların edilməsi, sənayedə birçox məhsulun istehsal olunması və təhsildə birçox fəaliyyətin gerçəkləşməsi robotlar sayəsində olur. Xüsusilə ağır sənayedəki məhsullar robotlar sayəsində düzəldilir.Robotların istifadəsi kompyüter sistemlərinin səhvsiz istehsalı həyata keçirməsi baxımından olduqca önəmlidir. Robotlar, kompyüter sistemlərinə bağlı olaraq fəaliyyət göstərir. Robotlar günümüzdə çox geniş istifadə olunur.
Sənaye inqilabından sonra birçox yeni işlər ortaya çıxıb və bu peşələr XIX əsrdən XX əsrin ortalarına qədər iş həyatının önəmli yerlərini tutmuşdur. Ancaq son 50 il içində istehsal toplumundan məlumat toplumuna keçməklə bərabər iş sayında, texnoloji istehsalatda, elmdə texnologiyanın yayılması keçmişə nisbətdə daha sürətlə inkişaf edib. Bu inkişaflar insan həyatına da təsir edir, onu dəyişdirir, yeni peşələrin ortaya çıxmasına səbəb olur.