Bu şirkət haqqında məlumat
Dünya tarixində sözünü demiş 10 Autizmli məşhur insan


Autizm-erkən yaş dövründə başlayan, sosial münasibətlər və ünsiyyət sferasında problemlərin olması ilə özünü göstərən ümumi inkişaf problemidir.Yenicə autizm diaqnozu qoyulmuş 2 yaşlı Yəhya ilə görüş;

 

Yəhya oyuncaq maşının təkərlərini fırladaraq oturur-fırladır,fırladır,fırladır.

Yəhyanın valideynləri bugünlərdə öyrənmişdilər ki,fırlatmaq tipik uşaqlıq dövrünün əlamətlərindən deyil.Bu autizmli uşaqların ümumi təkrarlanan davranışıdır.

“Gəl özümüzü pişik kimi aparaq” Yəhyanı 3 yaşlı xalası oğlu oynamağa səsləyir.Əlləri və ayaqları üzərində gəzərək “Miyao” deyir.Yəhya da indi 3 yaşındadır ,o isə əllərini üzündə şappıldadır.

Autizmli uşaqların çoxusu rola girə bilmirlər.Çünki onlar real olmayan şeyləri təsəvvür edə bilmirlər.

Autizmli uşaqlarda əllərini üzlərinə şappıldatmaq ümumi haldır.

“Gəl marketə gedək,” Yəhyanın anası deyir.Yəhyanın indi 4 yaşı var, o, qapıya doğru qaçır və gözləyir.Marketi səsləndirilən musiqi səsi və alış-veriş arabalarının taqqıltısı bürüyüb.Yəhya qulaqlarını örtür və tezliklə qışqırır. Anası anlayır ki,səs küy onun qulaqlarına pis təsir edir.

Kəskin və yüksək səslərə son dərəcə həssaslıq autizm üçün ümumi vəziyyətdir.

6 yaşlı Yəhya uşaqlar üçün əlifba videosu izləyir.Videodakı bir hissə var ki, o təkrar-təkrar çevirib dinləyir. Anası səslənir, “Yəhya! Bəsdir eyni hissəni təkrarlatdın.” Yəhya buna icazə verilmədiyini bilir, lakin o, bunu etməyi xoşlayır. “Təkrar etmək olmaz” o deyir.

Autizmli uşaqların çoxu kimi Yəhya da təkrar etməyi xoşlayır, o, bunun qabağını ala bilmir.Onun nitqi çox zəifdi və o, tam cümlələr qurub danışa bilmir.

Yəhyanın dərsliklərində belə bir sual verilir: Bunlardan hansının yaxşı ətri var?(a)pəncərə (b)gül (c)lampa. Yəhya kitabı əlinə götürür və qoxulamağa başlayır. Onların heç birindən ətir gəlmir, o bir cavabı seçmir.

Məktəblər, adətən, autizmli uşaqların bacarıqlarını doğru qiymətləndirə bilmir, çünki dərsliklərdəki tapşırıqlar onlara uyğun deyil. Məsələn, autizmli uşaqların çoxusu real olmayan şeylər ilə çapdan çıxmış sözü birləşdirə bilmirlər.

Yəhyanın ailəsi nənə və babasıgilə baş çəkməyə gedirlər.Yəhya indi 8 yaşındadır, qapının zənginə basır, qapını açır və içəri daxil olur. “Salam ,Yəhya,” nənəsi deyir.Yəhya ona əhəmiyyət vermir və televizoru açır. Babası soruşur, “ Yağışda islandın?” Yəhya cavab verir, “Bəli, yağış”

Autizmli uşaqların çoxları kimi Yəhya da ictimai vəziyyətlərdə necə davranacağını anlamır və tək qalmağı üstün tutur. O, insanların suallarına cavab verir, lakin uzun-uzadı söhbət etmir.

11 yaşlı Yəhya basketbol oynayır.Topu atmaq sırası ona gələndə topu çölə atır. “Qaç!” məşqçi qışqırır.O isə gəzərək əvvəlki yerinə qayıdır.Bu zaman Əli topu tutur və onu Yəhyaya gətirir.Bu xüsusi komandada hamı kimi Yəhya və Əli də autistikdir.

Bu komandada iştirakçıların çoxu oğlanlardır.Autizmli uşaqların çoxusu, əsasən, oğlan uşaqları olur.Qızların autizm olma nisbətləri dörddə birdir.Autistik uşaqların mükəmməl fiziki bacarıqları olur.Lakin onlar nadirən komanda idmanlarında iştirak edirlər.Çünki onlar qaydaları anlamırlar.

Yəhya riyaziyyatdan ev tapşırığı edir.O sürətlə yazır və 5 dəqiqədən az müddət ərzində o, 25 vurma məsələsini həll edir.

Bəzi autistik uşaqlar məktəb fənlərində yaxşı olurlar, lakin çoxusu belə olmur.Yəhyanın danışma və dinləmə bacarıqları zəifdir, lakin məktəbdə riyaziyyatda və imlada yaxşıdır.O, şəkillərə baxmaqdan zövq alır, xəritələri və təqvimləri xoşlayır.O tez-tez nənə və babasına ailəsi ilə gəzdiyi yerləri təsvir edən məktublar yazır.

Yuxu zamanıdır.Yəhya duş alır və pijamasını geyinir. Dişlərini fırçalayır və yatağına girir. “Səni sevirəm,” anası onu öpərək deyir. “Səni sevirəm,”Yəhya təkrar edir və gözlərini yumur.

Yəhya yatır. Nəhayət, onun yaraşıqlı siması və möhkəm bədəni dincəlir.

Dünya tarixində sözünü demiş 10 autizmli məşhur insan: Franz Kafka, Lüdviq van Bethoven, Friedrix Nietzşe, Albert Eynşteyn, Nikola Tesla,Tomas Edison, Volfqanq Amadeus Mozart,Isaak Nyuton, Vincent Van Qoq, Ceyn Austen

 

buqelemun.com | Sizin təhsil şəbəkəniz

QeydYazı kopyalanarkən www.buqelemun.com -a istinad olunmalıdır

Buhaqqında məlumat