Bu şirkət haqqında məlumat
BUQELEMUN.COM 3 ayınızı ən gözəl şəkildə bizimlə dəyərləndirin.


BUQELEMUN.COM 3 ayınızı ən gözəl şəkildə bizimlə dəyərləndirin.

YOX bu təcrübə proqramı deyil. Xeyr, İŞ də deyil.

Bu bir ailənin parçası olmağınız üçün sizə verilən bir fürsətdir və sizə yüklü miqdarda investisiya edəcəyik. Bu investisiya nəğd olmayacaq, ”Online“ ? Xeyr! Bu elə bir ödəniş növü deyil. Bu investisiya sizin gələcək yox, həm də bu gününüzü dəyişəcək. Bu dəfə investor sizin ayağınıza gəlib, həm də bu, Sizin həyatınızda BÖYÜK dəyişikliklər edəcək. “Bəs nələr qazanacam?” bunun üçün biraz səbirli olmalısınız.

Kimlər bizim ailəyə qoşulmaq üçün müraciət edə bilər?

  • Keyfiyyətli araşdırma bacarığı olan
  • Azərbaycan dilində qrammatik tələblər daxilində yazma bacarığı olan
  • Komanda ilə işləmə bacarığı olan
  • Səbrli, gülərüz, nikbin
  • Müsbət düşüncəli, yaradıcı düşüncəyə sahib
  • Gələcəkdəki mövqeyini dərk edib məqsəd qoya bilən
  • Özünü daima inkişaf etdirmək üçün addımlar atan
  • İnsanları yönləndirmə qabiliyyəti olan
  • Çalışanlar arasında iş bölgüsü edə bilən
  • Analitik düşüncə bacarığı olan
  • Bu günün 5 manatı əvəzinə, sabahın 50 manatını üstün tutan
  • Risk etməyi sevənlər

Kimlər müraciət etməsinlər?

  • “CV-mə yazmağa bir şey olsun” deyə düşünənlər
  • “Vaxtım boşa getməkdənsə…” düşüncəsi ilə müraciət etməyə cəhd edənlər
  • Önyarğılı olanlar
  • Bu gününü gələcəyindən üstün tutanlar
  • Gələcəkdə özlərini 500 manatlıq işdə görənlər
  • “Əşi motivasiya məktubunu kimdie yazan” deyənlər
  • Hər qarşısına çıxan elana CV göndərən
  • Sosial aktivlikləri “0” olanlar
  • Sertifikat üçün müraciət etmək istəyənlər

 

Bizim gələcək planlarımıza şərik olub ailəmizə qoşulmaq istəyənlər “buqelemun team” başlığı ilə mail@buqelemun.com  epoçt ünvanına CV və Motivasiya məktublarını göndərə bilərlər. Əgər yuxarıda göstərilən normaların hər birinə uyğun deyilsinizsə, Vaxtınızı itirməyin.

Buqelemun Team

 

buqelemun.com | Sizin təhsil şəbəkəniz

QeydYazı kopyalanarkən www.buqelemun.com -a istinad olunmalıdır

Buhaqqında məlumat