Əlaqə vasitələri
Telefon: 
-0776423603, 0559948299
Boomerang


"Boomerang "- Burada etdiyiniz və öyrəndiyiniz hər şey bir gün mütləq şəkildə sizə geri dönəcəkdir.

Doğrudur, " yaxşılıq et , dənizə at" - deyilir , amma bu dəfə etdiyiniz yaxşılıqla bərabər öyrəndikləriniz dənizdə qalmayacaq , sizə geri gələcək karyeranızda ən az dərya qədər fayda verəcəkdir .

28 Oktyabr saat 12:00-da keçiriləcək " Boomerang " adlı biznes və karyera tədbirini sizlərə təqdim edirik.

Layihənin məqsədi gənc nəslin şəxsi biznes və uğurlu karyera qurmaq istəklərinə kömək etmək və bu sahənin peşəkarları tərəfindən gənclərə lazımi məlumatlar vermək , eyni zamanda kiçik bir qızcığazın müalicəsinə dəstək olmaqdır.

Tədbir müddətində 

Həlimə Qəmərlinskaya-"Komanda idarəsi və liderlik"

Xəqani Bəşirov -"Şirkətlərdə HR sisteminin qurulması"

Rasim Adjalov- "Karyera planlanması"

Pərviz Əzimov -"Digital Marketing"

Kamran Abdullayev - "Biznesdə manipulyasiya " mövzularında çıxış edəcək .

Təlimçi barədə :

Həlimə Qəmərlinskaya - Azərbaycanda " Stress managment " üzrə aparıcı- ekspertdir .Biznes konsultant olaraq çalışır.

Xəqani Bəşirov - FINCA Azərbaycanda Kredit mütəxəssisi /Kredit texnologiyaları üzrə təlimçi və MolBulak BOKT"ta Təlim -metodoloji mərkəzin rəhbəri kimi çalışıb.Hal - hazırda isə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İnsan resusları departamentində çalışır.

Xəqani Səfərov- Gilan holdingdə İnsan Resursları departamentində HR və İnsan Resursları Əməliyyatları üzrə menecer kimi çalışıb . Hal-hazırda isə Avropa şirkətlər qrupunda Təşkilati İnkişaf və İnsan Resursları departamentinin direktorudur.

Rasim Adjalov indiyə kimi 1500-dən çox gəncin Business və Career planing mövzusu üzrə konsultantıdır .

2011 Respublika Biznes müsabiqəsində , Amerika səfirliyinin layihələrində , EDF ,CİPE, USAİD GEORGİA, CES, BMW Foundation, Play the Game özəl şirkətlərdə konsultant olmuşdur.

Pərviz Əzimov- Technol şirkətinin marketinq və İctimaiyyətlə əlaqədar şöbəsinin rəhbəri ,6 ildən çoxdur ki, bir neçə yerli və beynəlxalq şirkətdə marketinq və rəqəmsal marketinq mütəxəssis kimi çalışır.

Kamran Abdullayev -Təlimçi kimi " Liderlik ", "Natiqlik", "Hədəflərin təyin olunması "və s. mövzularda 40-dan artıq təlimin ,həmçinin "Danışan kitab " ," B.İ.L" layihələrinin müəllifidir.

Təşkilatçı: "BusinessX" və "İqtisadçı Tələbələrə Dəstək " ictimai birliyi 

Tərəfdaşlarımız 

Ovod kitab evi 

Starbucks 

Young Business Factory

Upper Education 

Student Club Azerbaijan

Məkan :Azərbaycan Dövlət İqtisad Universitetinin 4-cü (Semaşko) korpusu saat :12:00-18:00

Bilet :20 AZN (TƏLƏBƏLƏR üçün 10 AZN )

Biletləri əldə etmək üçün 

Onlayn ödəmə mövcuddur .İştirakçilara sertifikat təqdim olunacaqdır.

-Facebook : "Businessx" və "İqtisadçı Tələbələrə Dəstək - İctimai birliyi UNEC"

-İnstagram : "_BusinessX" və "unec_itd" səhifələrinə mesaj yaza və ya 0776423603, 0559948299 nömrələri ilə  əlaqə  saxlaya bilərsiniz.

Linkhttp://goo.gl/forms/ZXBJFnnt2K5H3nİr2

Qeyd : Tədbirdə əldə olunacaq bütün vəsait balaca Şəmsin müalicəsi üçün ailəsinə təqdim olunacaqdır.

 

 

Əlaqə vasitələri


Telefon:  -0776423603, 0559948299