BookAct – Kitab Hərakatı


BookAct – Kitab Hərakatı

“Bilik günü”-nə özəl 15 sentyab tarixində klubumuzun bu il üçün nəzərdə tutduğu ilk sosial layihəsi olan “BookAct”-ı keçirəcəyik. Layihə çərçivəsində “100 eşitməkdənsə 1 oxumaq yaxşıdır” devizi altında şəhər sakinlərinə kitablar hədiyyə edəcəyik.
Şəhərimizdə kitab mərkəzlərinin açılması və insanların buna maraq göstərməsi bizi klub olaraq çox sevindirir. Kitaba marağın daha da artmasında görülən bu işlərə bizim də bir faydamız toxunsun deyə bu kitab hərakatını etmək qərarına gəldik. Bizim bu hərakata qoşulmaq və evdə oxumadığınız kitabları bizim hərakata hədiyyə etmək istəyirsinizsə 15 sentyabra kimi kitablarınızı “AF Business House”-a gətirərək “Sereda Travel”-ə buraxa bilərsiniz.

Qeydlər :

1) Dini, Siyasi, Dərslik və Qadağan olunmuş kitabları qəbul etmirik.
2) Əsasən bədii kitablara ejtiyacımız var.
3) Kitabları buraxacağınız “Sereda Travel” bağlı olsa, kitabları reception-a buraxa bilərsiniz. Biz oradan götürəcəyik.
4) Layihənin Video hesabatı olacaq.
5) Kitablar 15 sentyabr saat 17:00-a kimi qəbul olunur.