Bu şirkət haqqında məlumat
Əlaqə vasitələri
Telefon: 
+994(12)-425-60-22
Email: 
mail@sabunchu-ih.gov.az
Ünvan: 
Az-1132, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küç.56
"Sabunçu GƏNCLƏR EVİ Könüllüsü" Ol !


"Sabunçu GƏNCLƏR EVİ Könüllüsü" Ol !

Gəncsən! Öyrənmək və öyrətmək istəyirsən!

Elə isə bizə qoşul! Peşəkar komanda ilə işləmək və inkişaf etmək, ən əsası isə gəncliyini əyləncəli və səmərəli keçirmək üçün "Sabunçu GƏNCLƏR EVİ Könüllüsü" ol !

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən Sabunçu Gənclər Evi gənclərin müxtəlif layihə və xidmətlərlə fərdi inkişafına, onların müxtəlif sağlam bilik və vərdişlərə yiyələnməsi, asudə vaxtlarının səmərəli təşkili, yerli və beynəlxalq təmsilçiliyinə, onların ideya və təşəbbüslərinin reallaşdırılmasına nail olmaq məqsədilə fəaliyyət göstərən sosial xidmət müəssəsidir.

Sabunçu Gənclər Evi Gəncləri könüllü hərəkatının bir parçası olmağa, öz inkişasını bu məkandan və peşəkar komanda ilə başlamağa dəvət edir.

Sabunçu Gənclər Evi Könüllülər üçün bu imkanları vəəd edir:

-Peşəkar və uğurlu komandanın bir parçası olmaq;

-Müqaviləli əsaslarla səmərəli könüllülük fəaliyyəti;

-Uğurlu karyera imkanı;

-Yerli və beynəlxalq layihələrdə iştirak imkanı;

-Şəxsi inkişaf və təcrübə;

-İntellektual və əyləncəli dostlar;

-Könüllü fəaliyyəti təstiq edən müqavilə.

 

Şəxsi inkişaf və təcrübə istiqamətləri:

-Layihələrin idarə edilməsi;

-İnsan resursları;

-İctimaiyyətlə əlaqələr və SMM;

-Foto və videoqrafiya;

-Gənclərlə iş;

-Təlimçilik bacarıqları.

 

Qeyd: Könüllülük fəaliyyəti müqaviləli əsaslarla aparılır.

Qeydiyyat üçün link: https://form.jotform.me/82663613407457

Son müraciət tarixi 20 oktyabr 2018

Buhaqqında məlumat

Əlaqə vasitələri


Telefon:  +994(12)-425-60-22
Email:  mail@sabunchu-ih.gov.az
Ünvan:  Az-1132, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küç.56