“SƏMAVİ” TAMAŞASI ÖDƏNİŞSİZ


“SƏMAVİ” TAMAŞASI ÖDƏNİŞSİZ

Sentyabrın 27-i, YARAT Freestyle proqramı çərçivəsində, rejissor və xoreoqraf Raulə Rzayevanın və Rus Dram Teatrının aktrisası Milana Sokolenkonun teatr monolayihəsi olan “Səmavi” tamaşasını təqdim edəcəyik.

Baş tutmayan görüşdən sonra gənc qadının həyat, öz dünyası, sevgi, qadın-kişi münasibətləri haqqında düşüncələri müasir qadının manifestinə çevrilir. Tamaşa müasir Rusiya dramaturqları A.Şipanov və A.Abrosimovun “Səmavi və ya onun həyatından dörd saat” adlı pyesi əsasında səhnələşdirilib. Yaşından, həyat təcrübəsindən və şəraitindən asılı olaraq, hər kəs “Səmavi” tamaşasında özünə lazım olanı tapacaq.

Tamaşa rus dilində nümayiş olunacaq

27 sentyabr, saat 19:00
YARAT Mərkəzi
Giriş sərbəstdir